Hansı idman növü daha çox kalori yandırır?
Bizi izləyin

Tabloid.az

Hansı idman növü daha çox kalori yandırır?

Arıqlamaq üçün hansı məşqlə neçə kalori yandırmaq olar?

Arıqlamaq istəyənlər idman etməzdən əvvəl hansı idman növünün daha çox çəki atmağa kömək etdiyini bilməlidir. Bu hesab arıqlamaq istəyənlər üçün ən təsirli vasitələrdən biridir. Əslində, hər məşqin kalori yandırma hesabı müxtəlifdir. Biz hansı məşqin nə qədər kalori yandırmağa kömək edəcəyini izah edəcəyik. Qadınların kişilərə görə daha az əzələli olması və həcm olaraq daha az bədən səthinə sahib olmaları, aldıqları enerjini kaloriyə çevirərkən sərfəli olmur.

Tabloid.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qadınların bəziləri kişiyə görə, daha az kalori xərcləyirlər. Kişinin əzələ nisbətinin çox olması əhəmiyyətli faktor hesab olunur.

Əzələ nisbəti artdıqca eyni fəaliyyətdə xərclədiyiniz kalori miqdarı da artmaqdadır.

Hansı məşq və idman neçə kalori yandırmağa kömək edir?

• Yarım saatlıq qaçış təxminən 400-450 kalori;

• 1 saat üzmə 500 - 600 kalori;

• 1 saat velosiped 600-650 kalori;

• 1 saat badminton və ya tennis 500-550 kalori;

• Yarım saat avar çəkmə 250-300 kalori;

• 1 saat iplə tullanma 600-700 kalori;

• 1 saatlıq aerobika məşq 350-400 kalori yandırmaqdadır.

Bu kalori dəyərləri edilən fəaliyyətin sıxlığına, fəaliyyəti edən adamın çəkisinə, cinsiyyətinə, əzələ nisbətinə və fəaliyyətdəki iştirak nisbətinə görə dəyişə bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm