• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Vüqar Muradov: “Kənan məndən üzr istədi”

Vüqar Muradov: “Kənan məndən üzr istədi”

“Kənan məndən üzr istədi, onu bağışladım. Yazılı şəkildə verdiyim ərizəni geri götürdüm. Onu və onun yanında olan 15 nəfəri əfv etdim”.

Bu sözləri Tabloid.az saytına açıqlamasında Vüqar Muradov söylədi.

“O insan mənə qarşı yanlış etmişdi. Onu əfv etdim, bağışladım. Üzrxahlıq etdi. Dedi ki, mən etdim, sən eləmə. İşdi olub... İndi hər şey qaydasındadır, heç bir xəsarət almamışam. Hər şey qaydasındadır”.

Xatırladaq ki, rejissor Kənan M.M Binəqədi Rayon Polis İdarəsi tərəfindən saxlanılıb. Buna səbəb müğənni Vüqar Muradovla əlbəyaxa olması olub. Bundan sonra Kənan M.M-ə qarşı xuliqanlıq maddəsi ilə cinayət işi də açılıb.

Buna səbəb isə ATV telekanalında “Ulduzların döyüşü” realiti-şousu olub. Belə ki, Kənan M.M və müğənni Vüqar Muradov verilişdə üz-üzə gəliblər. Döyüşdə bütün gücünü göstərən Kənan Vüqara məğlub olmuşdu. Buna səbəb isə döyüş ərəfəsində rejissorun qolunun 2 dəfə çiynindən çıxması göstərilirdi.

Lakin müğənni Vüqar Muradov Tabloid.az-a açıqlamasında bunun həqiqətə uyğun olmadığını bildirmişdi:

“Gülməlidir, bu, bir bəhanədir. Kənanın qolu-filan çıxmamışdı, sadəcə, olaraq mən güclü olaraq qalib gəldim və Kənan bunu həzm edə bilmir. Yarış günü hər şey yaxşı idi, mən qalib olduqdan sonra Kənan mənimlə düşmənçiliyə başladı. Kənanın qolu çıxmamışdı. İnsanın qolu çıxanda ağrıdan tərpədə bilmir. Necə onun qolu çıxmışdı ki, mən onun qolunu tutub qaldırdım. Kənan yanında olan səviyyəsiz dostları bu söz-söhbətləri yaydı ki, “Kənanın qolu çıxmasaydı Vüqara qalib gələcəkdi?!”

Bütün bunlardan sonra isə onların arasında münasibətlər korlanıb. Kənan M.M Vüqar Muradovla yumruq davasına çıxıb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi rejissor Kənan M.M-in həbsi ilə bağlı açıqlama vermişdi. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirmişdi ki, Vüqar və Vüsal Muradov qardaşları ərizə ilə müraciət ediblər. Muradovlar müraciətlərində bildiriblər ki, Kənan bir qrup şəxslə zor tətbiq edərək onları döyüb. DİN sözçüsü görülən tədbirlər nəticəsində rejissorun saxlanıldığını və qarşı tərəfin əməlini etiraf etdiyini qeyd edib. Bundan sonra Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə barəsində cinayət işi açılıb və həbs olunub. Hazırda faktla bağlı istintaq aparılır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR