Yayın ən gözəl və şıq aksessuarı - Fotolar
Bizi izləyin

Tabloid.az

Yayın ən gözəl və şıq aksessuarı - Fotolar

Yayın ən gözəl və şıq aksessuarı - Fotolar

Yayda günəşdən qorunmağın ən əlverişli üsulu SPF tərkibli kremlər ola bilər. Ancaq həsir şapkalar və şlyapalar da kremlər qədər təsirlidir. Həsir şlyapaların vəzifəsi saçları və üzü günəşin mənfi şüalarından qorumaqla bitmir. Stil sahibi olmağa və daha şıq görünməyə yardım edən bəzək əşyası kimi xarakterizə olunur. Şlyapalar çirkli saçları gizlətmək və günəşin şüalarından qorunmaq üçün əla vasitədir. Eyni zamanda onu taxan şəxsi də sirli göstərir. Modapərsətlərin tez-tez istifadə etdiyi fedora, panama və volanlı şlyapaların həsirdən düzəldilmiş variantı çox dəbdədir. Tanınmış ulduzlar da qarderoblarında həsirdən düzəldilən papaqlara daha çox yer verirlər. Bəs həsir papaqları nə ilə taxmaq olar?

İlk olaraq saç düzümü sadə olmalıdır. Gündəlik və təmtəraqdan uzaq olan saç düzümü ola bilər. Açıq düz və dalğalı saçlarla da gözəl qalır.

Həsir şlyapa seçərkən eynək seçiminə də diqqət etməlisiniz. Çox böyük, bərbəzəkli çərçivələrdən uzaq olmaq lazımdır. Şlyapanın böyüklüyü ilə eynəklərin çərçivəsi bir-birinə mütənasib olmalıdır. Şlyapa ilə eynəyi eyni, yaxud yaxın tonlarda seçsəniz, daha gözəl qalar.

Bu tərz şlyapaları ları hər yerdə istifadə edə bilərsiniz. Həftəsonu gəzməyə çıxarkən, isti havalarda alış-veriş edərkən, səyahətə çıxarkən... Şlyapaların səyahətlərin və uzaq səfərlərin ən şıq aksessuarı olduğunu unutmayın.

Həsir şlyapalar yayın bütün geyimləri ilə uyğun olur. Uzun sarafanlar, uzun yubkalar, qısa ətək və şortlar, cinslər, güllü donlar və bir çox geyimlərlə uyğunlaşır. Hər bir qadının yay qarderobunda mütləq olmalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm