Daha çox yeyin, daha çox arıqlayın
Bizi izləyin

Tabloid.az

Daha çox yeyin, daha çox arıqlayın

Piyləri əridən meyvə və tərəvəzlərdən nə qədər çox yesəniz o qədər arıqlaya bilərsiniz

Hər qidanın kalorisi var və nə qədər çox yesək, o qədər də kilo almağımız labüddür. Ancaq bəzi qidalar var ki, maddələr mübadiləsini sürətləndirir və bədənin artıq yağlardan xilas olmasını təmin edir.

Piyləri əridən meyvə və tərəvəzlərdən nə qədər çox yesəniz o qədər arıqlaya bilərsiniz. Bəs bu yedikcə arıqladan qıidalar hansılardır:

Qreyfrut

Meyvənin tərkibində olan efir yağı və orqanik turşular yaxşı həzmə imkan verir. Qanda şəkərin səviyyəsini aşağı salır və bu da iştahı öldürür.

Bu meyvə doyumluluq yaratmaq qabiliyyətinə malikdir. Buna görə də, onu hansısa yemək vaxtı ilə tam əvəz etmək olar. Əgər gündə bir qreyfrut yeyilərsə, çəki getdikcə azalacaq. Səhər yeməyi, nahar və şam öncəsi bir qreyfurtun yarısını yeyin.

Qreyfurt qədər olmasa da, eyni arıqlatmaq effektini portağal və naringi də verə bilər. Ümumiyyətlə, sitrus meyvələri immuniteti gücləndirir və maddələr mübadiləsini sürətləndirir.

Ananas

Meyvənin tərkibində olan bromelayn, orqanimzdə ağır zülallı məhsulların (ət, süd məhsulları, balıq) rahatlıqla həzm olunmasına imkan verir. Ananasın kobud lifləri, vitamin və mineralları bağırsaqların düzgün işləməsinə imkan yaradır və bu da arıqlamağa kömək edir.

Kərəvöz

Artıq çəkidən əziyyət çəkənlər üçün əvəzsiz məhsuldur. Maddələr mübadiləsini yaxşılaşdıran bu tərəvəz başlıca pəhriz məhsullarından biri hesab olunur. Kalorisi azdır və iştahı rahatlıqla yatırır.

Kələm

Tərkibi su və toxumalardan ibarətdir, şəkər isə yoxdur. Elə buna görə də piylərdən xilas edir. Vitaminlərlə zəngindir, kalorisi isə minimumdur. Bağırsaqların işini asandlaşdırır. Kələmin bütün növləri arıqladır. Bu tərəvəzi həm çiy, həm də bişmiş vəziyyətdə yemək olar.

Darçın

Darçın qanda şəkəri öldürməyə imkan verir və onun səviyyəsini aşağı salır. Bu isə yeni piy qatlarının yaranmasının qarşısını alır. Onu çayın və ya kofenin tərkibində qəbul etmək olar. Çubuq darçından kompotlarda da istifadə edə bilərsiniz.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm