• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Ziyafət gecələri üçün təmtəraqlı geyim tərzi - Fotolar

Ziyafət gecələri üçün təmtəraqlı geyim tərzi - Fotolar

Metalik trendi dəbin zirvəsinə qalxmağa davam edir. 2014-ün yay dəbini ələ alan metalik rənglər qış aylarında da öz sözünü deyəcək. Belə ki, metalik trendi təmtəraqlı və parıltılı pulcuqlu geyimlərin aktual olmasına yol açıb. Bu isə xanımların qış aylarında pulcuqlu geyimlərə bürünəcəyi deməkdir. Əvvəllər bu tərz geyimlər sadəcə vacib günlərdə, gecə zifayətlərində, təmtəraqlı mərasimlərdə geyinilirdi. Xanımların həddindən artıq dəbdəbəli görünmək arzusu pulcuqlu geyimlərin gündəlik tərzə də daxil olmasına səbəb olub. Bu geyimlər stilinizə parıltı bəxş etməklə sizi daha cazibədar göstərəcək. Tabloid.az pulcuqlu geyimləri gündəlik tərzdə istifadə etməyin yollarını təqdim edir:

Pulcuqlu köynəklər: Pulcuqlu bluzu bir çox geyimlə uyğunlaşdıra bilərsiniz. Qələm ətəklə, dar şalvarla, cinslərlə və ya sadə şortlarla tamamlamaq olar.

Pulcuqlu şortlar: Pulcuqlu şortlar iddialı şıqlıq əldə etmək üçün ideal geyim əşyasıdır. Onu sadə baleyzerlə uyğunlaşdıra bilərsiniz.

Dəri və pulcuqlu geyimlər: Pulcuqlu geyimləri dərilərlə qarışdıra bilərsiniz. Pulcuqlu donu dəri pencəklə geyinə, yaxud dəri şalvar üzərinə pulcuqlu bluz geyinə bilərsiniz.

Pulcuqlu qələm ətək: Ofis stilində pulcuqlu geyimlərdən istfadə edə bilməyəcəyinizi düşünürsünzsə, yanılırsınız. Pulcuqlarla bəzədilmiş qələm ətəyi sadə bluzun altında geyinə bilərsiniz. Sadəcə pulcuqların çox parıltılı olmamasına fikir verin. Qara rəng ofis üçün ən ideal rəngdir. Yaxud üzərində pulcuq detalları olan ətək seçə bilərsiniz.

Pulcuqlu pencəklər: Pulcuqlu geyim şıqlığının ən yaxşı nümənəsi pulcuqlu pencəklərdir. Onu düz, tək rəng don və ya şortarla birləşdirə bilərsiniz.

Pulcuqlu ayaqqabılar: Pulcuqlu libas geyinmək kimi tərəddüdünüz varsa, aksessuarlara yönəlin. Pulcuqlu ayaqqabılar risk etməyi sevməyənlər üçün hazırlanıb.

Pulcuqlu donlar: Gecənin ən parlaq ulduzu olmaq istəyirsinizsə, bu cür donlara yönələ bilərsiniz. Əlinizdəki çanta isə çox kiçik və sadə olmalıdır.

Pulcuqlu qısa ətəklər: Sadə bluzu pulcuqlu qısa ətəklə birləşdirərək təmtəraqlı obraz yarada bilərsiniz.

Cinslər və pulcuqlu geyimlər: Pulcuqlu geyimlərə ən çox yaraşan parçalardan biri də cinslərdir. Pulcuqların parıltısını sadə cinslərlə tarazlamış olarsınız.

Pulcuqlu çanta: Pulcuqlu çantaları sevməyən xanım yoxdur. Onlar əsasən ziyafət gecələri üçün nəzərdə tutulsa da, artıq gündəlik tərzdə də istifadəsinə yol verilir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR