Uşaq məsumluğu ilə qadın cazibədarlığının harmoniyası - Fotolar
Bizi izləyin

Tabloid.az

Uşaq məsumluğu ilə qadın cazibədarlığının harmoniyası - Fotolar

Möhtəşəm stili ilə gənc qızlara ilham verən cazibədar ulduz

Bu gün “Onların stili” layihəmizdə həm gözəlliyi, həm də stili ilə gənc qızların ən çox təqib etdiyi ulduzlardan biri Selena Qomezdən bəhs edəcəyik.

Geyim tərzi, saç stilləri, aksessuarları və makiyajı ilə daim diqqət mərkəzində olan Selena daha çox 16-27 yaş arasında olan qızların ilham mənbəyinə çevrilib.

Bəs bu gənc gözəlçə daim baxımlı görünməyi necə bacarır?

Dünya ulduzunun stil sirlərini öyrənmək istəyirsinizsə, yazımızı oxuyun!

Selena Qomezin 22 yaşı olsa da, üz quruluşuna görə ona ancaq 16-17 yaş vermək mümkündür. Düzdür, bu gələcəkdə onun üçün avantaja çevriləcək, hazırda isə olduğundan balaca görünməsi elə də xoş deyil. Müğənni özü də bunun fərqindədir. Elə buna görə də, o öz yaşında görünmək üçün 25-30 yaşlı qadınların geyimlərinə müraciət etməli olur. Xüsusilə, dəvətlərə və şıq restoranlara gedərkən maksi geyimlərə üstünlük verir. Amma etiraf etməliyik ki, hər geyimi özünə yaraşdıra bilir. Kiçik detallarla ən klassik geyimi belə öz tərzinə uyğunlaşdırır və gəncliyini vurğulamağı unutmur.

Həmişə qeyd edirəm ki, gözəl görünməyin ilk şərti bədənini tanımaqdır. Hər qadın öz bədənini tanımalı, qüsurlarını görməli, reallığı qəbul etməli və qüsurları aradan qaldırana qədər bədəninə uyğun geyinməlidir. Eyni zamanda, hər qadın bədəninin ən gözəl hissəsini də qiymətləndirməlidir. Bu baxımdan Selena həqiqətən də çox bacarıqlıdır. O ayaqlarının gözəlliyinin fərqindədir, elə ən çox da ayaqlarını nümayiş etdirir. Mini yubkalar və donlar da ulduza çox yaraşır.

Məşhur ulduz olmaq elə də asan deyil. Selena hələlik bu işin öhdəsindən ustalıqla gəlir. Hara, necə geyinməli olduğunu bilən gözəlçə zərifliyi və şıqlığı ilə bir çox dünya ulduzunu geridə qoyur.

O, arxası uzun, önü qısa donları çox sevir. Dəvətlərə də ən çox belə geyimlərdə qatılır.

Bəzi dəvətlərə qısa şortlarda gəlir. Selenaya ən çox qısa geyimlər yaraşır.

Ayaqları o qədər də uzun deyil, ancaq düzgün və cazibədardır.

Ona görə də mini don və mini şortlarda olduqca seksual görünür. Hansı tərzdə və rəngdə olmasından asılı olmayaraq Selenaya bütün mini geyimlər yaraşır.

Ayaqlarını çox bəyənsə də, bəzən onları gizləyib bədəninin ümumi gözəlliyinə diqqət çəkməyi də xoşlayır. Elə buna görə də maksi donları seçir. Ancaq yarıqları və sinə dekoltesini unutmur.

Ulduz boyunu və ayaqlarını daha uzun göstərmək üçün ayaqqabı seçimlərinə çox diqqət edir.

Ağ, çəhrayı və süd rəngində olan geyimləri daha çox sevdiyini deyən ulduz, qara və ağ rəngli geyimlərə də çox müraciət edir. Bu rənglər solaridə qaraltdığı dərisi ilə möhtəşəm görünür. Rəngli geyimlərdə kraliçaya oxşayan Selana özü də gözəlliyindən həzz aldığını etiraf edir.

Özü çəhrayı rəngi sevsə də, Selenaya demək olar ki, bütün parlaq rənglər yaraşır. O cümlədən sarı, yaşıl, qırmızı və s. Siz də Selena kimi qara saçlara və ağ dəriyə sahibsəniz, əminliklə ulduzun rəng seçimlərindən nümunə götürə bilərsiniz.

Qırmızı xalıda bir-birindən zərif və möhtəşəm paltarlarla görüntülənən Selana gənc qızlara ilham verməyə davam edir. Xüsusilə dəvətlərə, nişana, toya gedən, gənc qızlar Selenanın tərzindən nümunə götürə bilərsiniz. Beləliklə, yaşınızdan böyük görünmədən şıq və zərif olarsınız.

Ulduzun ən çox sevdiyi geyim tərzlərindən biri də hər qadının xilaskarı olan kiçik qara donu qara ayaqqabı ilə tamamlamaqdır. Bu geyimi doğru makiyaj və saç stili ilə kombin edir.

Selana öz tərzi ilə bağlı sirlərini jurnallardan birinə verdiyi müsahibədə daha aydın izah edib : “Daha çox klassik tərzdə geyinirəm. Şişirtməyi sevmirəm. Bir az da tənbələm, ona görə sadəliyə üstünlük verirəm.Bu mövsüm ən çox qısa qol maykalara üstünlük verirəm. Qış mövsümündə isə dəlikli hörmə koftalardan çox istifadə edirəm. Məndə biri var, hər şeyin üzərindən geyinmək olur. İsti yay günlərində bədənimə yapışan geyimlərdən uzaq dururam. Elə geyimlər məni qıcıqlandırır. Ona görə də qısa ətək və bol kəsimli bluzlara üstünlük verirəm”.

Ulduzun favoritləri sırasında lasinilər, uzun çəkmələr, yazılı tişörtlər, bluzlar, seksual bikinilər və “Urban Outfitters” günəş eynəkləri var.

Bir az da Selenanın gündəlik geyim tərzindən bəhs edim. Gündəlik həyatda dəbli görünməkdən çox rahat olmağa üstünlük verən müğənni adətən cins şalvar və ya şortla kombin etdiyi blulzarı ilə görüntülənir.

Makiyajsız görüntülənməmək üçün demək olar ki, günəş eynəyini gözündən çıxarmır. Baletkalarda və idman stilindəki ayaqqabılarda özünü daha rahat hiss edir. Onu da vurğulayım ki, sadə və rahat geyimləri seçsə də olduqca dəbli görünür. Xüsusilə, yay aylarında Selenanın tərzindən ilham alaraq möhtəşəm kombinlər yarada bilərsiniz.

Selenanınn tərzini çox bəyənsəm də, aksessur seçimləri üçün eyni sözü deyə bilmirəm. Çünki qolbaq, boyunbağı və xüsusilə də sırğa seçimləri 30-40 yaşlı qadınların seçimlərindən fərqlənmir. Gözəlçənin yaşından böyük görünmək istəməsini başa düşürük, amma bu qədər də qocalmağa ehtiyac yoxdur. Selena ya heç bir aksessuardan istifadə etmir, ya da çox dəbdəbəli və geyiminə uyğun olmayanlara mürəciət edir. Ona görə də sizə tövsiyəm Selenanın aksessuar seçimlərini nümunə götürməməyinizdir. Daha sadə və şıq aksessuarlara üstünlük verin.

Müğənninin saç stili də gənc qızların diqqətini çəkir. Gənc qızlar imiclərini dəyişmək istəyəndə və ya dəblə ayaqlaşmaq həvəsinə düşəndə Selenanın saç stillərinə müraciət edirlər. Selena uşaqlığından bəri şou-biznes aləmindədir. Ona görə də ondaki dəyişiklikləri görmək elə də çətin deyil. İstər stilində, istər görüntüsündəki hər yenilik, hər fərqlilik xəbər olur. Ulduzun saç stillərini təqib etmək də elə çətin deyil. Ya paparassilər onu yeni imicdə çəkirlər, ya da özü sosial şəbəkələrdə yeni imicini əks etdirən fotolar paylaşır.

Buna baxmayaraq, bu gün müğənninin bəyəndiyim bir neçə saç stilini sizə təqdim edəcəyəm. Selena 15-16 yaşına kimi qısa saçlarda olub. Qısa saç onu olduğundan 5-6 yaş kiçik göstərir ki, bu da seksuallıq üzərində qurulan qərb şou-biznesində qəbul edilmir.

Qısa qara saçlarından sıxılanda kəkil kəsdirən Selenaya bu stilin çox da yaraşdığını düşünmürəm.

Müğənniyə ən çox uzun və düz saçlar yaraşır. Bu saç düzümü onun üzünün uşaq görüntüsünü uzaqlaşdırıb, yaşına daha uyğun və cazibədar görüntü bəxş edir.

Xəfif dalğalı saçlar da Selenaya çox yaraşır. Əslində ulduza demək olar ki, bütün saç stilləri (toppuz, yandan ayrılmış, hörük və s.) yaraşır, bircə qısa saçdan başqa.

Rihanna, Mayli Sayrus kimi həmkarlarından fərqli olaraq, Selena saç rəngini dəyişdirməyi sevmir. Bir çox dünyaca məşhur ulduzu fərqli saç rənglərində görməyə alışmışıq. Selena isə qara və qəhvəyinin çalarları arasında saç rənglərinə üstünlük verir. Bəlkə digər saç rəngləri, hətta sarı rəng də ona yaraşar. Ancaq Selena buna cəsarət etmir. Bəlkə də gələcəkdə onu daha fərqli saç rənglərində görmək mümkün olar.

Gözəlçə müsahibələrinin birində gözəllik rituallarından danışarkən çantasından əksik etmədiyi kosmetik vasitələri açıqlayıb: “Çantamdan losyonları əksik etmirəm. Çox səyahət edirəm. Bu dərimi çirkləndirir və qurudur.Həmişə yanımda iki şüşə losyon gəzdirirəm. Çoxlu dodaq nəmləndirici vasitələrim var.

Ən çox sevdiyim “Burt’s Bees” və “Rose Bud” firmasının məhsullarıdır. Çantamda çoxlu saç aksessuarlar da olur. Çünki ürəyim sıxılanda saçlarımla oynayıram”.

O nə qədər sadə olduğunu iddia etsə də, əslində dəvətlərdə olduqca ağır makiyajda gəlir. Qırmızı və çəhrayı rəngli dodaq boyalarını çox sevir. Bəzən bej çalarlarda, bəzən də bənövşəyi rəngdə pomada çəkir.

Ancaq göz makiyajında demək olar ki, tərzini dəyişmir. Hansı rəng dodaq boyası çəkməsindən asılı olmayaraq çox vaxt gözlərini qara karandaşla haşiyəyə alır və qara göz kölgəsindən istifadə edir. Gözlərini iri göstərmək üçün həcm verən tuşlardan çəkir. Narıncı və çəhrayı tonlarda ənliklərə müraciət edir.

Selenanın dəb ilahəsi olduğunu heç kim inkar edə bilməz. Artıq onun stilini dünya qadınları qəbul ediblər və onun modaya öz zövqünü diqtə etməyə tam hüququ var.

Selela bu gücünün fərqindədir. Elə buna görə də öz brendini - “Dream Out Loud”u yaradıb.

Gənc qızlar üçün nəzərdə tutulan bu brendin reklam roliklərində də Selena özü rol alır.

Öz brendindən başqa gənc qızlar arasında populyar olan “Adidas Neo” və “Kmart” kimi markaların da reklam üzü olub.

Selena-Gomez-Yeni-Sezon-Giyim-Moda-3

Onu da qeyd edim ki, bu gözəlçə və onun dəbli geyimləri o qədər məşhurdur ki, hətta "Selelna Gomez style" adlı bir çox oyun da yaradılıb. Bu oyunlara daxil olaraq Selenanı onun qardrobundaki geyimlərdən öz zövqünüzə uyğun olanlarını seçərək geyindirirsiniz.

Sonda sizə Selena Qomezin ən şıq 5 "Qırmızı xalı" stilini təqdim edirəm:

1.

.

2.

3.

4.

5.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm