Astroloji proqnoz - 31 iyul
Bizi izləyin

Tabloid.az

Astroloji proqnoz - 31 iyul

Səbuhi Rəhimlidən gündəlik astroloji proqnoz ...

Səbuhi Rəhimlidən gündəlik astroloji proqnoz ...

QOÇ - Səhhətinizlə bağlı diqqətli olun. Yersiz sıxıntılar heç də xilas yolu deyil. Ailə-sevgi münasibətlərini tənzimləməyə çalışın. Maddi problemlərinizin tezliklə həll olunacağına inanın.

BUĞA - Adi bir tarix yaşamalı olacaqsınız. Hansısa müvəffəqiyyət və ya uğursuzluq gözlənilmir. Yaxşısı budur, adi istirahətlə məşğul olasınız. Bütün təkliflərdən imtina edin.

ƏKİZLƏR – Nahara qədər ovqatınızda baş qaldıran xoşagəlməzliklər qarşıya qoyduğunuz məqsədlərə yetişməyə mane ola bilər. Riskli işlərdən yayının. Sonrakı müddətdə isə dəstək alacağınız mümkündür.

XƏRÇƏNG - Maliyyə problemlərinin bolluğuna baxmayaraq, ulduzlar digər məsələlərdə yardımçınız olacaq. Günün ikinci yarısında isə sevindirici təsadüflərlə rastlaşmağa hazır olun.

ŞİR - Təəssüf ki, bir qədər gərgin gün yaşaya bilərsiniz. Bu səbəbdən də hətta su içəndə belə, ayıq-sayıqlıq göstərməlisiniz. Əsəblərinizi və daxili orqanlarınızı qoruyun ki, hədəfə çatmağa gücünüz yetsin.

QIZ - Uğurlu bir gün yaşayacaqsınız. İstər şəxsi büdcənizi artırmaqda, istərsə də qarşılıqlı münasibətlərdə vəziyyət xeyrinizə olacaq. Amma Ayın bürcünüzdə olmasını da unutmayın.

TƏRƏZİ - Nəzərdə tutduğunuz planların ləng inkişafına görə usanmayın. Ən azı ona görə ki, Göy qübbəsi bu gündən etibarən şəxsi işlərinizdə böyük dönüşə yiyələnəcəyinizi bəyan edir.

ƏQRƏB - Nə qədər çətin olsa da, ixtiyarınızda olan bu təqvimdə neytral olmalısınız. Əks təqdirdə böyük qanqaraçılıq gözlənilir. Ələlxüsus da, pul haqq-hesablarında gözləmə mövqeyi tutun.

OXATAN - Saat 13-15 aralığını nəzərə almasaq, bu təqvimi kifayət qədər xoş ovqatla başa vura biləcəksiniz. Düz yolda olduğunuz üçün mövqeyinizdə bərk dayanın. Amma sərtlik də göstərməyin.

OĞLAQ - Hansısa xoşagəlməzliyi gözləməyə dəyməz. Əksinə, bu proqnozu oxuyan kimi aktivliyinizi artırmalısınız. Saat 15-18 arası sürprizlərlə rastlaşma ehtimalınız böyükdür. Riskə dəyər.

SUTÖKƏN - O qədər də uğurlu vaxt deyil. Ətrafınızda olanlar əsəblərinizi tarıma çəkməyə çalışacaq. Əgər bu maneələrdən qurtulmaq istəyirsinizsə, təmkin göstərin. "Hirsli başda ağıl olmur" axı.

BALIQLAR - Mistikaya qətiyyən varmayın. Xurafata uymaqdansa müqəddəs ziyarətgahlara baş çəkin. Hər hansı çılğınlıq, risk və lazımsız adamların işinə müdaxilələr məsləhət deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm