• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Saç rənginə görə makiyaj qaydaları

Saç rənginə görə makiyaj qaydaları

Makiyaj edərkən saç da dəri rəngi qədər vacibdir. Belə ki, saç rənginin açıq və ya tünd tonlarda olması makiyaja da təsir edir.

Tünd saç rəngi: Saçların rəngi qara və ya tünd çalardadırsa, çox tünd makiyaj və göz kölgələrindən istifadə etmək olmaz. Tünd saçlar daha çox diqqət çəkdiyi üçün təbii makiyaja üstünlük verilməlidir.

Qızılı: Qızılı və karamel saçlı qadınlar üçün eyni makiyaj texnikası keçərlidir. Gözləri qara qələm, dodaqları açıq və təbii tonlarda dodaq boyaları ilə vurğulaya bilərlər. Amma ənlik varla-yox arasında olmalıdır. Çünki saç rəngi onsuz da kifayət qədər iddialı görünür.

Qumral: Saç rənginiz qumraldırsa, dodaqları, ya da gözləri ön plana çıxarmalısınız. Hər ikisini də eyni anda diqqət çəkən tonlarda makiyaj etmək olmaz. Göz makiyajı tünddürsə, dodaqlar təbii, dodaqlar diqqət çəkirsə, gözlər təbii olmalıdır.

Sarı saç: Sarı saçlar üzü arxa plana salır və solğun göstərir. Buna görə də makiyjasız üz yaxşı görünmür. Belə saç rəngləri hər gün az da olsa, makiyaj tələb edir. Çox şit olmamaq şərti ilə gündəlik makiyajda tünd tonlara müraciət edə bilərlər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR