Parlaq rənglərin möhtəşəm kombinasiyası - Fotolar
Bizi izləyin

Tabloid.az

Parlaq rənglərin möhtəşəm kombinasiyası - Fotolar

Qış aylarının ən cazibədar trendi

Bir neçə il öncə populyar olan "Color Block" (geyimdə iki və daha çox parlaq rəngin eyni vaxtda istifadə edilməsi) trendi 2014-2015 payız-qış mövsümündə yenidən dəbə minəcək.

Parlaq rənglərin bəzən öz çalarları ilə, bəzən də bej rəngin çalarları ilə bir arada istifadə edilməsi, yəni "Color Block" hamının cəsarət edib, ayaqlaşa bilməyəcəyi bir trenddir.

Ancaq qarşıdakı qış mövsümündə stilistlər paltolarda, kürk geyimlərdə, ayaqqabı və çantalarda bu trendə müraciət edəcəklər.

Xüsusilə, Altuzarra, J. Mendel və Marni kimi moda dizaynerlərinin kolleksiyalarında “Color Block” detallarına daha çox rast gələcəyik.

Bu dəb artıq bir çox stil ikonasının da diqqətini çəkib. Belə ki, dəb ilahəsi kimi tanınan məşhurlardan Viktroriya Bekhem, Oliviya Palermo, Emma Vatson, Emma Stoun kimi ulduzlar geyimlərində “Color Block” trendinə üstünlük verirlər.

Bu trendlə ayaqlaşmaq istəyənlər mütləq parlaq qırmızı, narıncı, sarı və mavi çalarların istifadəsinə diqqət etməlidirlər.

Ağ, qara və göy kimi rəngləri isə parlaq rənglərlə kombinləmək məsləhətdir.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm