Obrazı vurğulayan bir-birindən şıq kolyelər - Fotolar
Bizi izləyin

Tabloid.az

Obrazı vurğulayan bir-birindən şıq kolyelər - Fotolar

Qadınların obrazlarını tamamlamaq və geyimi rəngləndirmək üçün istifadə etdiyi aksessuarların başında həcmli boyunbağılar gəlir. O, sadə geyimi eleqant göstərmək qabiliyyətinə malikdir. Təmtəraqlı geyimləri isə daha sadə variantları izləyir.

Qadınların obrazlarını tamamlamaq və geyimi rəngləndirmək üçün istifadə etdiyi aksessuarların başında həcmli boyunbağılar gəlir. Aksessuar sadə geyimi eleqant göstərmək qabiliyyətinə malikdir. Təmtəraqlı geyimləri isə daha sadə variantları izləyir.

Boyunbağılar əslində bir neçə növə bölünür. Sadə boyunbağılar idman üslubuna, təmtəraqlı boyunbağılar isə klassik üsluba uyğunlaşdırılır. Gündəlik üslubda daha çox sadə və rahat boyunbağılara üstünlük verilir. Ziyafət gecələri üçün isə daha çox böyük və gözəgəlimli boyunbağılar daha uyğundur. Diqqət çəkən boyunbağılar özəl günlərdə boynunuzu gözəl göstərmək üçün ideal seçimdir.

Artıq bir neçə mövsümdür ki, digər aksessuarlarda olduğu kimi böyük kolyelər dəbdədir.

Böyük kolyelərlə yanaşı mirvarilər və muncuqlu kolyelər də çox aktualdır.

Gümüş rəngli kolyerlər də hər zaman olduğu kimi bu mövsüm də dəbdədir. Təkcə gümüşü kolyerlə deyil, qızılı və rəngli kolyerlər də dəbli obraz yaratmağa iddialıdır. Qısası kolyerlər bu mövsüm çox diqqət çəkir.

Klon olaraq hər hansı şəxsin adı yazılmış kolyerlər də çox sevilir. Romantik xanımlar boyunbağısına sevgilisinin, özünün, uşaqlarının, yaxud dəyər verdiyi birinin adını yazdıra bilər.

Tabloid.az mövsümün ən şıq kolyelərini təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm