“Göz yaşlarım danışmağa imkan vermir”
Bizi izləyin

Tabloid.az

“Göz yaşlarım danışmağa imkan vermir”

“Göz yaşlarım danışmağa imkan vermir”

Müğənnilər, aparıcılar, tanınmış ulduzlar bu gün cəbhə bölgəsində şəhid olan əsgərlərimizin ailəsinə başsağlığı verib. Bu xəbəri böyük kədərlə qarşlayan uldulzar duyğularını statuslarında ifadə ediblər.

Əməkdar artist Gülyanaq Məmmədova bugün saat 14.00-a planlaşdırdığı klip təqdimatını təxirə salıb Tabloid.az xəbər verir ki, müğənni təqdimatı döyüş bölgəsində şəhid olan əsgərlərimizə görə təxirə salıb. “İnan ki, qəlbim qan ağlayır. Bu dəhşətli xəbəri oxuyanda şoka düşdüm. Təqdimat yadımdan çıxdı. Vətən yolunda canından keçən igid əsgərlərimizin ruhu qarşısında baş əyirəm. Allah şəhidlərimizə rəhmət eləsin! İnanın ki, göz yaşlarım mənə danışmağa imkan vermir”.

Röya bu xəbərə çox üzüldüyünü deyib və hisslərini bu şəkildə ifadə edib.

Nanə Ağamalıyeva bu gün cəbhə bölgəsində şəhid olan əsgərlərə rəhmət diləyib. O, qardaşının da şəhid olduğunu, bu xəbəri eşidəndə göz yaşlarını saxlaya bilmədiyini söyləyib. müharibənin və savaşın Yer üzündən silinməsini arzu edib.

Ayan Babakişiyeva şəhid analarına səbir diləyib. “Allah şəhidlərimizə rəhmət eləsin... Bizim rahat, dinc yaşamağımız üçün canlarından keçən oğullarımız, siz hər zaman qəlblərdə yaşayacaqsınız. Onları bu dünyaya gətirən analarımız, Allah sizə səbir versin...”

Zamiq Hüseynov da bu xəbərə biganə qalmayıb. Allah bütün şəhidlərə rəhmət eləsin.

Abbas Bağırov bu fotonu paylaşaraq baş sağlığı verib.

Elnarə Xəlilova isə "Allah kömək olsun!" yazıb və bu fotonu paylaşıb.

İlkin Həsəni bu itkidən hədsiz kədərləndiyini bu şəkildə bildirib.

Murad Dadaşov da şəhidlərə Allahdan rəhmət diləyib və baş sağlığı verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm