Təbii yollarla gənc görünmək üsulu
Bizi izləyin

Tabloid.az

Təbii yollarla gənc görünmək üsulu

Təbii yollarla gənc görünmək üsulu

Bəzi insanlar gənc görünmək üçün çox pul xərcləyir. Halbuki evdə olan vasitələrdən istifadə edərək təbii yollarla gənc və gözəl görünmək olar. Tabloid.az evdə olan ərzaqlardan təbii yolla gözəl görünmək üçün maska reseptlərini təqdim edir:

Bunun üçün aşağıdakılar etmək məsləhətdir:

Əvəzsiz pilinq

1 yemək qaşığı şəkər

1 çay qaşığı ekstra zeytun yağı

Şəkərlə zeytun yağını qarışdırın. Üzünüzə çəkin və bir neçə dəqiqə masaj edin. İlıq su ilə yuyun. Şəkər üzünüzü yumşaldacaq, zeytun yağı isə nəmləndirəcək.

Dəri sıxlaşdırıcı tonik

1 stəkan gül suyu

1 çay qaşığı limon suyu

1 çay qaşığı hamamelis

5 damla badam yağı

Bütün bunları qarışdırıb dərini silin.

Dolğunlaşdırıcı və nəmləndirici üz maskası

2 yemək qaşığı nəmləndirici maska

1 yumurta ağı

2 çimdik zəncəfil

1 çay qaşığı bal

Ərzaqları eyni anda yaxşıca qarışdırın. Qarışığı astca üzünüzə çəkin və qurumasını gözləyin. Badam yağı yeni hüceyrələrin yaranmasına səbəb olur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm