“İlin kitabxanaçısı” müsabiqəsinin keçirilməsi təklif olunub
Bizi izləyin

Tabloid.az

“İlin kitabxanaçısı” müsabiqəsinin keçirilməsi təklif olunub

“İlin kitabxanaçısı” müsabiqəsinin keçirilməsi təklif olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) Gənc Alim və Mütəxəssislər Şurasının ilk iclası keçirilmişdir.

Akademiyadan AzərTAc-a bildirmişlər ki, iclasda 2014-cü ildə qarşıya qoyulan məsələlər, habelə idarəetmə heyəti üzvlərinin vəzifə bölgüsü, şuranın əsasnamə layihəsi müzakirə olunmuşdur.

Tədbirdə MEK-in Gənc Alim və Mütəxəssislər Şurasının sədri Nərminə Abdullayeva kitabxana ictimaiyyəti arasında “Ən yaxşı məqalə”, “İnformasiya təminatında ən yaxşı elmi-texnoloji yenilik” və bir sıra digər nominasıyaları nəzərdə tutan “İlin kitabxanaçısı” müsabiqəsinin təşkili və keçirilməsi ilə bağlı təkliflər irəli sürmüşdür.

Tədbirdə, həmçinin “AMEA Mərkəzi Elmi Kitabxanasının gənc alim və mütəxəssislərinin məqalələr məcmuəsi”nın hazırlanması və nəşri, gənc alim və mütəxəssislər üçün innovasiya seminarlarının təşkili və bir sıra digər fikirlər də səsləndirilmişdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm