Cins şort geyinmək sənəti - Fotolar
Bizi izləyin

Tabloid.az

Cins şort geyinmək sənəti - Fotolar

Cinslər hər zaman klassik və hər kəsin sevimli geyimidir. Qadın qarderobunun baş tacıdır desək, yəqin ki, yanılmarıq. Xüsusən də cins şortlar yayın ən rahat və ən asan kombinə olunan geyimidir. Tez ötüşən moda axınında cins şortlar müxtəlif fasonlarda təq

Cinslər hər zaman klassik və hər kəsin sevimli geyimidir. Qadın qarderobunun baş tacıdır desək, yəqin ki, yanılmarıq.

Xüsusən də cins şortlar yayın ən rahat və ən asan kombinə olunan geyimidir. Tez ötüşən moda axınında cins şortlar müxtəlif fasonlarda təqdim olunur. Yeni mövsümdə hündür bel şortlar çox aktualdır.

Cins şortları ən sadə geyinmək üsulu ağ köynəklə sintez etməkdir. Onları tərzinizə uyğun olaraq baletka, səndəl, yaxud stiletto ilə tamamlaya bilərsiniz.

Cinslə cinsi birləşdirmək trendi burda da keçərlidir. İsti yay günlərində isə daha nazik materialdan tikilən fasonlara yönəlin.

Cins şortları sərin yay axşamlarında bleyzerlə birlədşirin.

Həftəsonu dostlarınızla gəzməyə çıxırısınızsa, cins şortları üstü nömrəli köynəklərlə uyğunlaşdıra bilərsiniz.

Cins şortlar mövsümün digər trendi damalı köynəklərlə də əla qalır. Altdan mayka geyinərək düymələrini açıb, aşağısını düyünləyərək tərz yarada bilərsiniz.

Bohem tərzində geyinməyi sevirsinisə, cins şortları kimonolarla birləşdirin.

Krujevalı bluzu qısa cins şortla uyğunlaşdıraraq romantik obraza bürünə bilərsiniz.

Zolaqlı bluzları bir çox geyimlə, o cümlədən cins şortlarla da uyğunlaşdırmaqdan çəkinməyin.

Cins şortları mövsümə uyğun olan mayka ilə geyinə bilərsiniz. Bu stilə şlyapa da əlavə etsəniz, fərqli görünəcəyinizdən əmin ola bilərsiniz. Xüsusən də səyahətlər üçün ideal variantdır.

Sərin yay axşamlarında cins şortların üstünə dəri jilet ata bilərsiniz. Dəri ilə cins parça birlikdə istifadə edildikdə qadının seksuallığı xüsusi vurğulanır. Bu tərzi rok stilində olan ayaqqabılarla tamamlaya bilərsiniz.

Qısa topların dəbin zirvəsinə qalxması əbəs deyil. Çünki onlar bütün geyimlərlə uyğunlaşır. Cins şortlara da gözəllik qatır.

Tabloid.az ən dəbli cins şort modellərinə aid bir neçə nümunə təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm