Moda tarixinə adını yazdırmağa hazırlaşan
Bizi izləyin

Tabloid.az

Moda tarixinə adını yazdırmağa hazırlaşan

Böyük bədən modelin cazibəsi

51 ildir 34-36 bədən ölçüsünə sahib top modellərin yer aldığı “Pirelli təqvimi”ndə bu il çox böyük yenilik olacaq.

Belə ki, Pirelli tarixində ilk dəfə böyük bədən modellə - Kendis Haffin ilə işləyəcək.

Bəs kilolarına baxmayaraq cazibədarlığı ilə göz qamaşdıran və dünya ulduzuna çevrilən bu gözəlçə kimdir?

29 yaşlı Kendisi 14 yaşından bəri modelliklə məşğul olur. 2011-ci ildə “Vogue” jurnalının üz qabığına çıxdıqdan sonra şöhrət pillələrini sürətlə qalxıb.

Özünü qıvrımlı qadın hesab edir, “kök” sözündən isə nifrət edir.

“Belim daha incə olsaydı, yay geyimlərimdə özümü daha raghat hiss edərdim”, desə də, çəkisindən məmnun olduğunu bildirir.

İllərdir tərəziyə çıxmayan model 2015-ci il “Pirelli təqvimi” üçün fotosessiya etdirərək qadının hər kiloda gözəl olduğunu sübut edəcək.

Moda tarixinə adını yazdırmağa hazırlaşan bu gözəl xanımın fotolarını təqdim edirik:

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm