Tabloid.az
Yazı masasına lüt oturan yazıçı – Maraqlı
Sizcə, hansı yazıçı gün ərzində əlli fincan qəhvə içirmiş? Və ya ömrü boyu gündə yarım saatdan artıq yazı yaza bilməyən kimdir?
Amerikalı yazıçı Mason Karri sənət tarixinə möhür vuran şəxslərin gündəlik vərdişlərini yazaraq bir kitabda cəmləyib. Kitabda yüz altmış bir sənətkarın gündə neçə saat işləməsindən tutmuş, nələr yeməsinə qədər bir çox məlumat yer alıb. Məlum olub ki…
Ceyn Ostin cəftəsi qırıq olduğuna görə cırıldayan qapısını heç vaxt yağlamayıb. Bu, ona yazı yazdığı otağa kiminsə gəlib-gəlmədiyini bilmək üçün bir işarə imiş.
Mark Tven iş otağında olarkən ailə üzvləri içəri girməz və onun işini yarımçıq qoymazmış. Yazıçını otaqdan bayıra çıxarmaq üçün fit çalırlarmış.
Ernest Heminquey beynini dincəltmək üçün iki əlini döşəməyə qoyub, ayaqları havada dayanarmış.
Onore de Balzak gündə 50 fincan qəhvə içərmiş. O, əlli yaşında ürək çatışmazlığından dünyasını dəyişib.
Qrem Qrin ünvanını və telefon nömrəsini ancaq
həyat yoldaşının bildiyi gizli bir ofis tutubmuş və yazılarını orda
yazırmış.
Ceyms Coys qarnı üstə yataraq yazarmış. Tünd mavi
rəngdə karandaşdan istifadə edən yazıçı yazı yazarkən mütləq ağ bir
pencək geyinərmiş. Bunun səbəbi onun, az qala, kor olması idi. Mavi
qələm yazdıqlarını, ağ pencəyi isə gecələr işığı əks etdirdiyi üçün
daha yaxşı görməsini təmin edirmiş.
Marsel Prust nəfəs çatışmazlığına yaxşı təsir
etdiyinə inandığı üçün yuxudan oyanan kimi tiryək çəkərmiş.
Qertruda Stayn həyatı boyu gün ərzində yarım
saatdan çox yazı yazmazmış. Həmin yarım saatda isə inəklərin və
çəmənliyin olduğu təbiət mənzərəsinin müşayiəti ilə işləyərmiş.
Qustav Malerin həyat yoldaşı bəstəkarın işləyərkən
narahat olmaması üçün qonşulara havayı opera bileti verərmiş.
İnqmar Berqman hər günorta eyni yeməyi yeyərmiş.
Rejissorla uzun müddət işləyən Bibi Anderson Berqmanın menyusunu
belə tərif edirdi: “Turş yoqurt və çiyələk mürəbbəsini qarğıdalı
dənəsi ilə qarışdırıb yeməyi sevirdi”.
Viktor Hüqo yazılarını çılpaq formada yazar, köməkçisinə isə paltarlarını saxlamağı əmr edərmiş.
Pyotr Çaykovski hər gün iki saat davam edən yürüyüşünü əsla axsatmaz, yürüyüşü iki saatdan bir dəqiqə belə əskik olarsa, özünü xəstə kimi hiss edərmiş.
Lüdviq van Bethoven gün çıxmadan oyanar, səhər yeməyində tünd qəhvə içərmiş.
1937.az-
Hadisə16:55
Bakıda bazar yanır
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı