• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Rok qrupu haqqında film

Rok qrupu haqqında film

İngilis mətbuatının verdiyi məlumata görə, rejissor Kadilak Hay ABŞ-ın əfsanəvi rok qrupu “Kiss” haqqında film çəkməyə hazırlaşır. Qəzet filmə aktyorların yox, musiqiçilərin çəkiləcəyini yazır.

Filmin süjeti “Kiss” qrupunun üzvlərinin real həyatı əsasında qurulub. Məktəbin futbol komandasında oynayan bir neçə oğlan soyunub-geyinmə otağında “Kiss” qrupunun mahnılarını oxumağa başlayır. Oyundan sonra qələbələrini bu mahnıya borclu olduqlarını düşünən məktəblilər daha sonra mahnıdan öz himnləri kimi istifadə edirlər. Bu xəbər “Kiss” qrupunun üzvlərinə məlum olduqdan sonra onlar öz konsertlərindən birini elə bu məktəbdə keçirmək qərarına gəlir.

“Kiss” 1973-cü ildə Nyu Yorkda yaranıb. Onlar qlem-rok, şok-rok və hard rok ifa ediblər.

1937.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR