Həftənin ən şıq geyinən gözəlləri - Fotolar
Bizi izləyin

Tabloid.az

Həftənin ən şıq geyinən gözəlləri - Fotolar

Keçən həftə Leonardo DiCaprionun xeyriyyə cəmiyyətinə qatılan məşhurların diqqət çəkən stillərini bir yerə toplamışıq. Tabloid.az keçən həftənin ən yaxşı stillərini təqdim edir:

Keçən həftə Leonardo DiCaprionun xeyriyyə cəmiyyətinə qatılan məşhurların diqqət çəkən stillərini bir yerə toplamışıq. Tabloid.az keçən həftənin ən yaxşı stillərini təqdim edir:

Diana Krugerin kombinezonu "Mario Schwab" brendinə aiddir.

Petra Nemsovanın "Emilio Pucci"-dən geyindiyi dərin yarıqlı qara libası onu həqiqətən də gözqamaşdırıcı göstərir. O, tək çiyinli donunu zümrüd qaşlı sırğa ilə tamamlayıb. "Stuart Weitzman"-dan olan minimal ayaqqabılar isə çox şıqdır.

Toni Qarnnın zümürd yaşılı ziyafət libası "Elie Saab"-dandır. Bu libasda ulduz sadə və şıq görünür.

Zoe Saldana hamilədir. Əkizlərinin yolunu həsrətlə gözləyən aktrisanın şifon libası "Maison Valentino"-dandır.

Taylor Svift bütün həftələrin ən dəbli xanımı olmağa iddialıdır. Zərif yaşılı donu burnu açıq çəhrayı ayaqqabılarına çox yaraşır.

Nataşa Poli müəllifi "Roland Mouret" olan mavi rəngli, qara qurşaqlı libasda olduqca cazibədar görünür. Tək qüsuru saçlarını açıq qoymasıdır.

Taylor Schilling fərqli parçaları peşəkarlıqla bir yerə toplayıb çox gözəl kombinasiya yaradıb. Pencək Wes Gordon-dan, qara klassik şort isə Steven Alan-dır. Şıq ayaqqabılar isə Jimmy Choo-dandır.

Kara Delevinginin Emilio Pucci-dən seçdiyi monokrom (ağ-qara) dəsti onu çox eleqant göstərir. Ayaqqabılarına isə söz ola bilməz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm