• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Astroloji proqnoz - 4 avqust

Astroloji proqnoz - 4 avqust

Səbuhi Rəhimlidən gündəlik astroloji proqnoz ...

QOÇ - Yaxşı bilirsiniz ki, sizi hövsələdən çıxaran amillər çoxdur. Bu fəsadlardan qurtulmaq istəyirsinizsə, gün ərzində ətraf aləmdən təcrid olunun. Axşamüstü sürprizlə rastlaşma ehtimalınız var.

BUĞA - Bu təqvimdə əsas enerjinizi fəaliyyət istiqamətinə həsr etməlisiniz. Çünki ulduzların düzümü əməkdaşlıq zəminində, eləcə də yeni işlərə başlamaqda uğurlarınızı artıracaq.

ƏKİZLƏR - Yaxşı olar ki, rahatlığınızı maksimum tərzdə təmin edəsiniz. Qonaq getmək, ürəyinizə yaxın adamları evinizə dəvət etmək sizə xüsusi zövq verəcək. Amma bir az qənaətcil olmağa çalışın.

XƏRÇƏNG - Əgər orqanizminizdə mövcud olan nasazlığı aradan qaldırmaq istəyirsinizsə, otaq şəraitində az olun. İqlimin qaynarlığını nəzərə alıb təbiət qoynunda, dostlar arasında olmağa çalışın.

ŞİR - Uğurlu perspektivdən xəbər verən olaylar mümkündür. İştirakçısı olduğunuz sövdələşmələrdən asılı olaraq yaxın gələcək üçün şəxsi işlərinizi maksimal dərəcədə təmin edə bilərsiniz.

QIZ - Çoxdandır ki, iş başınızı qatdığından ülvi hisslərdən uzaq düşmüsünüz. Məhz bu səbəbdəndir ki, uğurlarınız nə qədər çox olsa da, daxili narahatçılığınız azalmır. Bir az mətin olun.

TƏRƏZİ - Daxilinizdə cövlan edən narahatçılıq mələklə şeytan arasında qalmağınıza rəvac verə bilər. Odur ki, iradənizi toplayıb Tanrı yolunu tutun. Dinə zidd hərəkətlərə qətiyyən yol verməyin.

ƏQRƏB - Mənfi enerjili Ayın sizin Zodiaka daxil olması ümumi işlərinizdə passivlik yaradacaq. Ovqatınızın aşağı düşməməsi üçün qeyi-adi hərəkətlərə yol verməyin. Səfərə də çıxmaq olmaz.

OXATAN - Əgər sağlıq durumunuz imkan verirsə, bu gün nəzərdə tutduğunuz işlərin əksəriyyətini həyata keçirəcəksiniz. Axşamsa maraqlı məclislərdə iştirakınız gözlənilir. Dəvətlərdən yayınmayın.

OĞLAQ - Qətiyyən dedi-qoduya aludə olmayın. Əks təqdirdə başağrısına mübtəla olacaqsınız. Yaxşı olar ki, istənilən məsələdə qərarları özünüz verəsiniz. Yalnız bu halda uğurlar mümkündür.

SUTÖKƏN - Hiss olunur ki, çoxdan bəri nəzərdə tutduğunuz hansısa planınız reallığa yaxınlaşmır. Amma narahat olmağa dəyməz. Çünki nahardan sonra Göy qübbəsi işlərinizdə dönüş yaradacaq.

BALIQLAR - Prinsip etibarilə düşərli gün hesab etmək olar. Ələlxüsus da saat 12-16 arası əlinizə geniş imkanlar düşəcək. Gün ərzində sədaqətli insanlarla rastlaşma ehtimalınız da böyükdür.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR