• USD 1,8045 +0,99% EUR 1,9201 +1,26%
    • GBP 2,1795 +1,38% RUB 0,0302 +0,66%

Qırış əleyhinə təbii maskalar

Qırış əleyhinə təbii maskalar

25 və 40 yaşından sonra bu maskaları hamı edə bilər.

Xanımların əksəriyyəti üz dərisinə ancaq qırışlar gözə çarpandan sonra qulluq etməli olduğunu düşünür. Gənc dəriyə qulluq etməsən də, olar... Əslində isə qırışların yaranma vaxtını heç kim müəyyən edə bilməz. Qırışlar bəzi qadınlarda 26 yaşda, bəzi qadınlarda 33, bəzilərində isə 45 yaşından sonra nəzərə çarpmağa başlayır. Qırışlar fərdi olaraq yaransa da, maskalar hamı üçündür. Bu cür maskaları çəkməyə artıq 23 yaşından etibarən başlamaq lazımdır. Qadın 17-18 yaşında ərə gedib və 23 yaşında artıq anadırsa, onlar üçün üzə qulluq mütləqdir. Çünki evli qadınların dərisi subay həmcinslərinə nisbətən daha tez qırışır.

Qırışlar nazik və ağ dərilərə daha tez düşür. Yağlı dəriyə qırış gec düşür. Bu maskalardan birini seçin və həftədə bir dəfə edin:

Yağlı dəri üçün maska: 1 çay qaşığı yumşaq kərə yağına 1 yumurtanın sarısını qatıb qarışdırın. Üzə çəkib 20 dəqiqədən sonra yuyun.

Vitaminli maska: Doğranmış cəfəri suyunu sıxın, 1 çay qaşığı göyərti suyuna 2 çay qaşığı az yağlı kəsmik qatın. Buraya bir portağalın qabığını da sürtgəcdən keçirib qatın. Üz və boyun dərisinə çəkib yarım saat saxlayın.
Alma maskası: Bir almanı püre halına gətirin və 1 yemək qaşığı xama əlavə edin.

QEYD: Maskaları üzdən ilıq çobanyastıqlı su ilə yaxalamaq daha faydalıdır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR