Elmirdən Elşad Xoseyə cavab gəldi
Bizi izləyin

Tabloid.az

Elmirdən Elşad Xoseyə cavab gəldi

Həmkarından repçiyə dəstək gəldi

“Dəyirman” qrupunun eks üzvü Elmir Məhərrəmov Elşad Xoseyə dəstək olub.

Tabloid.az xəbər verir ki, ifaçı özünün “Facebook” profilində yazıb ki, bizə düşmən lazım deyil, müharibə başlamamış bir-birimizi qırırıq:

“Başa düşmək olar, hamı əsəbidir, kimlərsə hirslidir. Yalnız bir tip insanları başa düşmürəm. “Xose şəhidlərimizi təhqir etdi” yazan saytların adi gündə verdiyi xəbərə görə 30-40 “like”ı olmur … Bu başlığa görə isə oxunaqlığı artıq 3 mini keçib. Şəxsən mən bu ara saytların verdiyi xəbərlərini oxumuram. Bilirsiniz, hansıları deyirəm? “Coca-Cola” şirkəti öz gəlirlərini İsrail ordusuna verdiyindən, Messsinin İsrailli dəstəkləməyindən yazan saytları… Hər şeyi informasiya kimi qəbul etmək olmaz axı. Bir informasiyanı alarkən onu analiz etmək mümkündür.

Xose nə dedi, hamımız oxuduq, amma niyə belə dedi? Bunu yazmaqla nə demək istədiyini düşündükmü? Xəbər portalları onu dindirib, bu sualları ona verdilərmi? Açıqlama tələb etdilərmi? Xose şəhidlər mövzusunda dedi ki, mən psevdopatriotlara görə işimdən qalan deyiləm. Deyim ki, elə bu aranı qızışdıran da onlardır. O ki, qaldı əsgərlərə, yəqin onun üçün vətəni qoruyan hər kəs ölümlə qarşılaşarsa, bu faciə kimi qəbul edilməməlidir.

Onun mövqeyi ilə kimsə razılaşa, kimsə razılaşmaya bilər. Amma Xosenin dediklərində təhqir yoxdur. Sonda bunu da deyim. Bu günlərdə TV-lərdə, radiolarda və sosial şəbəkələrdə “Dəyirman”ın vətənpərvər mahnıları yada düşüb. 8 əsgər bahasıına xatırlama istəməzdim. Dediyim odur ki, niyə adi günlərdə TV və ya radiolarda vətənpərvərlik təbliğat, təşviqat getmir? Niyə bizim başımızı serial və gic-gic verilişlərlə qatırlar? Niyə məhz belə günlərdə onlardan TV-lərdə vətənpərvər verilişlərin çoxalması ilə bağlı çağırışlar eşidirik? Niyə həmişə yox, ancaq belə günlərdə?”

Qeyd edək ki, repçi Elşad Xose “Instagram” səhifəsində izləyicilərinin sərt tənqidi ilə üzləşib. Buna səbəb Azərbaycan ordusunun verdiyi itkilərə baxmayaraq, müğənninin hovuzda foto paylaşılması olub. Sosial şəbəkədə insanların sərt təpkisini görən repçi bütün bunlara kobud reaksiya verib. O, sosial şəbəkədə onu izləyən və ittiham edənlərə video-cavab verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm