Elşad Xose: “Məni vətən xaini etmək istəyirsiniz?”
Bizi izləyin

Tabloid.az

Elşad Xose: “Məni vətən xaini etmək istəyirsiniz?”

Repçi Elşad Xose növbəti açıqlamasını verib.

Repçi Elşad Xose növbəti açıqlamasını verib.

Tabloid.az xəbər verir ki, ifaçı “Facebook” səhifəsində ona qarşı yönələn sərt fikirləri yenidən cavablandırıb.

“İmkan olsa, efirə çıxıb, haqqımda deyilənlərə aydınlıq gətirəcəyəm. Siz mənim kimi oğlanı vətən xaini etmək istəyirsiniz? Kompyüter arxasında oturub, ittiham edirsiniz. Əvvəlcə söhbəti öyrənin, bilin, sonra danışın. Oxuduğum mahnılarda, yazdığım mətnlərdə indiyə kimi səhv olub? Mən şəhidi, əsgəri necə söyə bilərəm axı? Ay Allah, nə qaldıq, mənə səbir ver...”

Xatırladaq ki, repçi Elşad Xose “Instagram” səhifəsində izləyicilərinin sərt tənqidi ilə üzləşib. Buna səbəb Azərbaycan ordusunun verdiyi itkilərə baxmayaraq, müğənninin hovuzda foto paylaşılması olub. Sosial şəbəkədə insanların sərt reaksiyasını görən repçinin buna münasibəti daha sərt olub. O, sosial şəbəkədə onu izləyən və ittiham edənlərə video-cavab verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm