Futbolçunun zövqlü xanımından dəb məsləhətləri - Fotolar
Bizi izləyin

Tabloid.az

Futbolçunun zövqlü xanımından dəb məsləhətləri - Fotolar

Tabloid.az öz markasını yaratdıqdan sonra tez bir zamanda dəb dünyasında yüksələn Viktoriyanın stili məsləhətlərini təqdim edir:

“Space girls” qrupunun keçmiş solisti Viktoriya Bekhem tərz yaratma sahəsində 10 qızıl qaydasını açıqlayıb. Tabloid.az öz markasını yaratdıqdan sonra tez bir zamanda dəb dünyasında yüksələn Viktoriyanın stili məsləhətlərini təqdim edir:

Viktoriya Beckham mükəmməl ifaçı olmasa da, xarici görkəmi, səhnə kostyumları, üslubu və çıxışları ilə tamaşaçıları heyran edə bilirdi. Özünəməxsus tərzi olan ulduz moda dünyasına qoşulmağa qərar verir. O, “Rock & Republic” cinslərini buraxır və öz brendini yaratmağa qərar verir. Dizayner kimi ilk debütü daha uğurlu alınır, 2008-ci ildən başlayaraq, yüksək moda həftələrində iştirak edir. 2009-2010-cu ildə Nyu-York moda həftəsində Viktoriya Bekhemin kolleksiyası ən yaxşı nümayişlər arasına daxil olur. Dünyanın ən nüfuzlu butiklərində onun geyimləri satışa çıxarılır.

Bundan sonra Viktoriya öz imzasını daşıyan eynək, çanta, ətir və ləl-cavahirat brendini buraxır. Ulduzun özü də moda dünyasından inanılmaz zövq aldığını tez-tez dilə gətirir. Qızlara dəb məsləhətlərini verməkdən yorulmur. Məsələn, o hesab edir ki, istənilən obraza ağ rənglər əlavə etmək olar. Pulları isə hər zaman aktual olan klassik və bahalı aksessuarlara xərcləmək lazımdır. Yaponiya və Nyu-Yorkda moda həftələrində alış-veriş turları təşkil etməyi tövsiyə edir. Ümumiyyətlə, dünya ölkələrinin birinci xanımları bu markanın donlarına biganə qala bilmir.

“Dəblə ayaqlaşıb zövqlü görünməyə nail olmaq üçün dəbin yeni istiqamətlərindən xəbərdar olmalısan. Əks halda dünyanın ən bahalı brendinə xərclənən pullar hədər gedəcək. Əsas məsələ stildədir. Stil heç vaxt dəbdən kənarlaşmır. Mən heç bir zaman stilistin xidmətlərindən istifadə etməmişəm. Niyə mənə maraqlı olanları kənar adama icarəyə verməliyəm? Nə geyindiyimə özüm qərar verirəm. 14 yaşımdan etibarən belə olub. Mənim ilk dəb köməkçim anam olub. Onun bu məsləhətini ömür boyu unutmamışam”.

Viktoriyanın 2006-cı ildə buraxdığı ikinci kitabı dəbdən bəhs edir. Hər iki kitabı satışı rekordu qırır, bestseller olur və müəllifin məşhurluğunu daha da gücləndirir. Tənqidçilər bu kitabı “dəbin yeni İncili” adlandırmışdı.

Viktoriyanın dəb məsləhətləri:

Öz obrazınızı fikrinizdə təsəvvür edin.

50-ci illərin moda trendlərindən tez-tez ilham alın.

Alış-verişi xaricdə, ən yaxşısı Yaponiya və Nyu-Yorkda edin.

Stella Makkartni tipli həcmli trikotaj paltarlar alın.

Çanta, ayaqqabı və eynəklər ideal olmalıdır.

Klassikaya pul xərcləməyə xəsislik etməyin.

Özünüzdən yeni şeylər kəşf edin.

Ağların ansamblını yığmağa başlayın.

Alt paltarlarını “Agent Provocateur” və “Calvin Klein”-dən alın. İllərin sınağından keçməyəni dostlara etibar etməyin.

Heç vaxt özünün bütün gözəlliyini eyni anda nümayiş etdirmə. Gizli və sirli bir şey saxla. Məsələn, ayaqların görünürsə, sinəni də göstərmək məcburiyyətində deyilsən. Uzun yubka və ya şalvar geyinmisənsə, zərif çiyinlərini açıq qoya bilərsən. Yəni, dekolte balanslaşdırılmış olmalıdır.

Yubkanın qısalığı elə olmalıdır ki, maşından düşən kimi sənin görünən alt paltarını çəkməyə tələsməsinlər. İnsanlar mənim haqqında çox şey desə də, özümü inamlı və rahat hiss etmək üçün hər zaman alt paltarı geyinirəm. Qısa yubkalar alt paltarsız gəzmək üçün nəzərdə tutulmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm