• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ürəyi zəif olanlar bu çantalara baxmasın - Fotolar

Ürəyi zəif olanlar bu çantalara baxmasın - Fotolar

Çanta qadın qarderobunun ən zəruri amili hesab olunur. Çantalar da geyimlər kimi hər mövsümə dəbə uyğun olaraq dəyişir. Yay obrazları rəngli və əlvan olduğu kimi aksessuarlarda da rənglər öz sözünü deyəcək. Gözəl bir yay geyimini tamamlamaq üçün ən ideal aksessuar çantadan başqa nə ola bilər ki? Belə ki, bu mövsüm kiçik ölçülü, rəngli klatçlar və güllü əl çantaları çox dəbdədir. Geyimlərdə ayaqqabılarda tez-tez müşahidə etdiyimiz zəncir, daş, muncuq kimi detallar bütün çantaların bəzəyi olacaq.

Muncuq və sikkələrlə bəzədilmiş əldə gəzdirilən muftalar da obrazı vurğulayan ən gözəl detal hesab olunur. Bu yay siz aksessuar kolleksiyanıza yaxşı sərmayə qoymaq fikrindəsinizsə, kiçik rəngli, etnik parçalardan tikilən kisəciklər də əlavə edə bilərsiniz. Bu cür çantalar sizi isti yay günlərində əlinizdə ağır yük daşımaqdan xilas edəcək.

Sadə naxışlar, əlvan rəngli kiçik ölçülü çantalar, almaz qaşlı dəmir klatçlar sizi yayın ən dəbli xanımına çevirəcək.

Əl çantaları hər zaman istifadə olunan, istər günlük, istər iş, istərsə əyləncə yerlərində, istərsə də önəmli görüşlərdə istifadə oluna bilən mükəmməl görünüşü və rahatlığı olan vasitədir. Unutmayın ki, moda bahalılıq deyil, sadəcə dəbdəbəli görünüş və yaxşı zövqünüzə uyğun olanıdır. Dünyanın bütün məşhur brendləri bu sahədə özlərini sübut ediblər və bu gün qadınların hamısı çantadan istifadə edir. Tabloid.az yay mövsümünə uyğun kiçik ölçülü əl çantalarına aid bir neçə nümunə toplayıb. Onlar arasından öz zövqünüzə uyğun olanlardan ilham ala bilərsiniz.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR