Burada gözəl bir qızın qiyməti 3-4 min avrodur - Fotolar
Bizi izləyin

Tabloid.az

Burada gözəl bir qızın qiyməti 3-4 min avrodur - Fotolar

Evlənə biləcəyi kişini tapmaq üçün belə geyidnilər - Fotolar

Bu festival Bolqarıstanda hər il keçirilir.

Bolqarıstanda keçirilən festivalda həddindən artıq makiyaj etmiş qızlar elçi qarşısında özünü nümayiş etdirir. Tabloid.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qızlar evlənə biləcəyi kişini tapmaq üçün bir-biri ilə yarışa girirlər. Buna görə də, saç düzümləri və makiyajları olduqca qəribə görünür.

Bu festivala qızları ilə birlikdə anaları da gəlirlər. Anaları, “Qızlarımızın diskoteya getməsinə icazə vermirik. Buna görə də, evlənə biləcəyi adamı tapmaq üçün buraya gətiririk” deyiblər.

Mogila kəndində baş tutan bu festivalda gözəl bir qızın başlıq pulu 3-4 min avrodan başlayır. Bu ilki festivala Plovdiv, Pasardzhik, Sliven və Jambol kimi şəhərlərdən 2000 nəfər qatılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm