“Bizim Teatr” festivalı
Bizi izləyin

Tabloid.az

“Bizim Teatr” festivalı

“BİZİM Teatr” festivalı

Bakı Uşaq Teatrı “Bir teatr-bir festival” layihəsi çərçivəsində ikinci festivalını keçirməyə hazırlaşır.

“Bizim Teatr” adlandırılan festivalın 2014-cü il martın 27-29- da Bakıda keçirilməsi nəzərdə tutulur. Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilati dəstəyi ilə baş tutacaq festivalın məqsədi hər bir aktyorun diqqət mərkəzində olmasına şərait yaratmaq, onlara öz bacarıqlarını nümayiş etdirmək üçün meydan vermək, Azərbaycanda festival ənənəsinin genişlənməsinə vasitəçi olmaqdır. Xatırladaq ki, Bakı Uşaq Teatrının daxilində 2011-ci ilin oktyabr ayında mono-tamaşalar festivalı keçirilib.

Hazırda Bakı Uşaq Teatrında çalışan hər aktyor ikinci festival üçün öz tamaşasını hazırlayır. Onlardan bəziləri mono-tamaşa, bəziləri isə, iki və daha artıq aktyorun iştirakı ilə qurulan tamaşalardır. Festivalda iştirak üçün janr məhdudiyyəti qoyulmayıb və aktyorlar dünya klassiklərindən tutmuş müasir Azərbaycan ədəbiyyatına qədər müxtəlif əsərlərə müraciət ediblər. Ümumilikdə, klassik, pantomim, eksperimental və s. olmaqla 13 tamaşa üzərində iş gedir. Festivala yalnız birinci mərhələdən (daxili baxışdan) keçən tamaşalar buraxılacaq.

Festivalın açılışı 27 Mart - Beynəlxalq Teatr Günündə Azərbaycan Teatr Xadimləri İttifaqının tamaşa zalında olacaq. Ümümiyyətlə “Bizim Teatr” festivalı çərçivəsində bütün tamaşalar TXİ-nın tamaşa zalının səhnə və foyesində nümayiş etdiriləcək.

Festivalın Təşkilat Komitəsindən verilən məlumata görə, festivala qonaq qismində Türkiyənin, İranın, Gürcüstanın da teatr kollektivlərinin qatılacağı gözlənilir.

baku-art.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm