Evli bakirələr haqqında inanılmaz faktlar
Bizi izləyin

Tabloid.az

Evli bakirələr haqqında inanılmaz faktlar

“Canını ver, amma ayaqlarının arasındakını qoru” prinsipi ilə böyüdülən, illərcə seksin qadınlar üçün zərərli, sadəcə kişilərin zövq ala biləcəyinə inandırılan gənc qız evləndikdən sonra da bu qorxulardan xilas ola bilmir.

Evli olmasına baxmayaraq illərlə bakirə qalan və əri ilə problemlər yaşayan qadınlar var. Bu qadınlar vaginizm xəstəliyindən əziyyət çəkirlər.

Olduqca geniş yayılan bu xəstəlik qadının depressiyaya düşməsinə, hətta ailəsinin dağılmasına qədər gətirib çıxara bilən xəstəlikdir.

Bəs vaginizm nədir? Onu hansı əlamətindən tanıya bilərik? Müalicəsi varmı?

Bu suallara Türkiyənin məşhur qadın xəstəlikləri həkimlərindən biri olan prof.dr. Yeşim Bülbül Baytur cavab verib.

“Ailə dostu” layihəmizdə həmin müsahibəni təqdim edirik:

- Vaginizm nədir?

- Vaginizm xəstəliyi cinsi əlaqə zamanı vağına - uşaqlıq yolu əzələlərinin qeyri-iradi sıxılması problemidir. Bu, cinsi əlaqəyə girməyə mane olur və cütlüklər arasında əlaqələrin tamamilə qırılması ilə nəticələnir.

- Qeyri-iradi sıxılmalar necə baş verir?

- Vaginizm xəstələrində yığılmalar sadəcə vagina girişində deyil, həmçinin qarın, kürək, bel kimi nahiyələrdə də ola bilir. Bəzi xəstələrdə isə yığılmalar bütün vücudda deyil, yalnız vaginada olur və cinsi əlaqəyə yol vermir.

Bütün bu əzələ sıxılması qadının nəzarəti xaricində olur. Qadın əlaqəni rədd edir və ayaqlarını sıxaraq partnyorunu rədd edir.

- Bildiyimiz qədər ilə vaginizmin iki növü var.

- Bəli, bu xəstəliyin iki növü var. Birincisi “Primer Vajinismus”dur. Bu cinsi əlaqənin heç vaxt baş verməməsidir. Yəni qadın bakirə olaraq qalır. İkincisi isə “Sekonder Vajinismus”dur. Bu isə xəstəliyin daha əvvəl cinsi münasibət zamanı travma alan qadınlarda rast gəlinən növüdür.

- Bu xəstəliklə sizə tez-tez müraciət edirlər?

- Vaginizm bütün dünyada geniş yayılan bir xəstəlikdir.

Orta hesabla hər 10 qadından 1-i partnyoru ilə əlaqədə problemlə qarşılaşır.

- Vaginizmin əlamətləri hansılardır?

- Vaginizm xəstələri tərəfindən vagina ilə bağlı hər cür prosedura xoşagəlməz qarşılanır. Cinsi əlaqə zamanı ağrı hissi, ginekoloji müayinə oluna bilməmək, vaginal tamponlardan istifadə edə bilməmək, vagina içinə şam yerləşdirə bilməmək kimi simptomlar vaginizmdən xəbər verir.

- Bu xəstəlik hansı qadınlarda müşahidə olunur. Xəstəlik hansı səbəblərdən yaranır?

- Vaginizmlə hər qadın üzləşə bilər. Bu xəstəliyin bir çox səbəbi var. Vaginizm 90 faiz hallarda psixologiya ilə bağlıdır. 10 faiz isə bədənin quruluşu, vaginadakı anormallıqlarla bağlı ola bilər.

- Psixoloji səbəbləri hansılardır?

- Vaginizm xəstələrinin çoxu illərlə evil olsalar da bakirə olaraq qalırlar. Cinsi əlaqə zamanı ağrı olmasından qorxurlar. Çoxlu qan gələcəyini, hətta öləcəyini düşünən qadınlar belə var.

Bütün bunlar şüur altı ilə bağlıdır.

Xarici ölkələrdə təcavüzə məruz qalan qadınlarda bu xəstəlik daha çox rast gəlinir. Bizim kimi cəmiyyətlərdə isə xəstəliyin əsas səbəbi seksə qarşı yaradılan qorxudur.

Qızlara uşaqlıqdan başlayaraq kişilərin ona zərər verə biləcəyi öyrədilir.

Seksin günah olduğu aşılanır, qızlıq pərdəsinin dəyərli olduğu və onu qorumağın vacibliyi uşağın beyninə yeridilir.

“Canını ver, amma ayaqlarının arasındakını qoru” prinsipi ilə böyüdülən, illərcə seksin qadınlar üçün zərərli, sadəcə kişilərin zövq ala biləcəyinə inandırılan gənc qız ərə getdikdən sonra da bu qorxulardan xilas ola bilmir. Cinsi əlaqə zamanı şüur altına yerləşmiş fikirlər ona narahatçılıq verir.

Qızlıq pərdəsinin qorunması ilə bağlı uşaqlıqdan beynində qalan mesajlar və qorxular, həddindən çox daxili intizamlı ailə, cinsi travmalar (təcavüz, fiziki şiddət, pornoqrafik filmə baxıb iyrənmə, ana-atanın cinsi əlaqəsinin şahidi olma və s.), hamilə qalma qorxusu yaşayanlar, sərt əxlaq qaydaları və qadağalarla üzləşənlər, İlk gecə ilə bağlı yanlış, şişirdilmiş və yarımçıq məlumatlarla qarşılaşanlar bu xəstəliyə meyilli olurlar.

- Bəs vaginadakı anormallıq hansılardır?

- Daha çox qızlıq pərdəsinin qalın olması, qızlıq pərdəsinin digər anormallıqları, vagina içindəki ara bölmələr, vulvar vestibulit sindromu, və s. vaginizmə səbəb ola bilər.

Ona görə də vaginizmin müalicəsinə başlamadan öncə ginekoloji müayinədən keçmək lazımdır.

- Vaginizm necə müalicə edilir?

-Vaginizm 100% müalicə edilə bilən xəstəlikdir. Doğru müalicə üsulları ilə bu problem 10 gün ərzində aradan qaldırmaq mümkündür.

- Doğru müalicə üsulları deyəndə nə nəzərdə tutulur?

- Əvvəlcə qadını şüur altındakı lazımsız qorxulardan xilas etmək lazımdır.

Bunun üçün uyğun psixoloji mühit yaratmaq və psixoloji dəstək almaq lazımdır.

Qadın cinsi əlaqəni romantik, psixoloji və fiziki olaraq əyləncəli bir iş kimi qəbul etməlidir. Qadın cinsi əlaqəni həyat yoldaşına qarşı yerinə yetirdiyi vəzifə kimi görməməlidir.

Problemin səbəbləri, cinsi qorxular mütəxəssislə birgə müəyyən edilməlidir.

Vaginizm iynə-dərmanla deyil, cinsi müalicə texnikaları ilə aradan qaldırılır.

Sağalma müddəti insandan-insana dəyişsə də, təxminən 6-10 gün çəkir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm