Cazibədar ulduzun çılğın geyim stili - Fotolar
Bizi izləyin

Tabloid.az

Cazibədar ulduzun çılğın geyim stili - Fotolar

Həmişə yaşından böyük görünməyə çalışan müğənninin inanılmaz dəyişimi

O, Rihanna, Ledi Qaqa kimi ulduzlardan belə daha populyar olmağa can atır. 22 yaşı olmasına baxmayaraq, özünü Madonnanın taxtına layiq görür. Layiq olduğu şöhrətə qovuşmaq üçün sadəcə mahnı oxumağın və səs tembrinin kifayət etmədiyini bilir. Elə buna görə də çılğın geyim stili ilə daim gündəmdə qalmağa can atır. Söhbət uşaqlığımızda “Hanna Montana” kimi tanıyıb sevdiyimiz və hazırda seksual ulduza çevrilən Mayli Sayrusdan gedir.

“Onların stili” layihəsində bu dəfə fərqli saç düzümləri, illər keçdikcə dəyişən geyim tərzi ilə diqqət çəkən bu gözəl xanımın doğru və yanlış stil seçimlərindən bəhs edəcəyəm.

Gənc ulduz daha çox saç modelləri ilə təəccübləndirir. 10 yaşından etibarən şou-biznes aləminə daxil olan Mayli hələ 11 yaşında ikən saçını boyayıb. Bir çox saç modelindən istifadə edən edən gözəlçə son illər qısa sarı saçları ilə gündəmdədir.

Müğənni əvvəlki illərdə uzun, qəhvəyi rəngli, dalğalı saçları ilə bütün qızların xəyalını qurduğu görüntüyə sahib idi. Ancaq hazırda qısaltdığı saçları ilə çox az insan cəsarət edib ona oxşamağa çalışır.

Ulduzun üzü, xüsusilə, gözləri çox gözəl olduğu üçün ona bütün saç stilləri yaraşır. Maylinin illər ərzində dəyişən saç stillərini sizin üçün araşdırmışam. Buyurun ulduzun böyük dəyişimini qiymətləndirin.

11 yaşlı Mayli

12 yaşında saç rəngini dəyişib

Mayli 13 yaşındadır. Saçları uzanıb və rəngi tündləşib.

Bu şəkildə Mayli 14 yaşındadır. Sevgilisi Nik Conasın istəyi ilə saçlarına sarı kölgələr verib.

1 il sonra Nikdən ayrılan ulduz depressiyada olduğu üçün saçlarını qara rəngə boyayır. Özü də müsahibələrindən birində Nikin sarı saç istədiyini,ondan ayrıldıqdan sonra saçını tam fərqli rəngə boyadaraq intiqam aldığını deyir.

Çox keçmədən depressiyadan çıxan ulduz saçını açıq rəngə boyadır.

Mayli 16 yaşındadır. Saç rəngi və dalğalı saç stili ona çox yaraşır.

17 yaşında saçlarını ona çox yaraşan rəngə boyayan Mayli uzun saçlarını çox sevib, deyəsən. Çünki saçlarını qısaltmağı düşünməyən ulduz qayçını yaxın buraxmır.

18 yaşlı Mayli yenə saç rəngini dəyişib.

1 il sonra saçlarını sarı rəngdə rəngləyir.

Bu fotoda ulduzun 20 yaşı var.

İllərlə uzun saçından vaz keçməyən ulduz ani bir qərarla saçlarını kəsdirir. 21 yaşı olanda ulduzu qısa saçda görürük.

Bu da Maylinin son halı

Əvvəlki illərdə şirinliyi ilə ürəkləri fəth edən Mayli artıq böyüyüb.

Həm səhnədə, həm də gündəlik həyatda çılğınlığı ilə fərqlənən müğənni stili ilə də fərqli olduğunu sübut edir.

Onu da qeyd edim ki, Mayli həmişə böyük görünməyə çalışıb.

Geyimləri nə qədər möhtəşəm olsa da, onu olduğundan 4-5 yaş böyük göstərdiyi üçün tənqidlərə məruz qalıb.

Xüsusilə dəvətlərə və qırmızı xalı gecələrinə seçdiyi qiyafələr onun yaşına uğun deyil. Hər yaşın öz gözəlliyi var, ona görə də hamı yaşına uyğun geyinməlidir. Ancaq Mayli tez böyümək istədiyi üçün bu qaydaya əməl etmək istəməyib. Bu 20 yaşına kimi belə davam edib.

O, “Billboard” musiqi mükafatının gecəsinə geyindiyi paltar və saç stili ilə hamını təəccübləndirmişdi. Çünki seçdiyi paıtar möhtəşəm olsa da,, saç kəsimi ilə birlikdə onun 40 yaşında görünməsinə səbəb olmuşdu.

Yuxarıdakı şəkillərdə gördüyünüz Mayli keçmişdə qaldı. Çünki 22 yaşlı müğənni artıq böyüdüyünü düşünüb və onu daha da böyük göstərəcək paltarlara əlvida edib. Son iki ildir ki, Mayli Sayrus stil ikonası olduğunu hər geyimi ilə vurğulayır.

Gözəl ulduza daha çox qısa libaslar yaraşır. Əlbəttə ki, qüsursuz ayaqları bunun ən böyük səbəbidir. 1.65 sm boyu olan amerikalı müğənni boyunu daha uzun göstərmək üçün paltarlarının qısa, ayaqqabılarının isə hündürdaban olmasına diqqət edir.

Gecə geyimlərində daha çox qara rəngə üstünlük verir. Həmçinin qırmızı və ağ da seçimləri arasındadır. Tək rəng geyimlər geyinir. Bunun boyunu daha uzun göstərdiyinə inanır.

2007-ci ildə Forbesin “Ən çox qazanan 20 gənc ulduz” siyahısında 17-ci sırada yer alan Mayli gündəlik həyatdakı geyim stili ilə gənc qızları özünə heyran qoyur. Demək olar ki, onun gündəlik tərzi daha çox bəyənilir. Rahatlığa üstünlük verən ulduz, eyni zamanda, şıq görünməyi də bacarır.

Cins şortlar vazkeçilməzidir. Bol kəsimli koftalar, bluzlar, günəş eynəkləri və iri çantlar onun gündəlik geyiminin əsasını təşkil edir.

Ağ və çəhrayı rənglərə üstünlük verən gözəl ulduz saç rənginə yaraşdığı üçün qəhvəyi rəngin müxtəlif tonlarındaki geyimləri də çox sevir.

Maylidə hələ uşaqlıq illərindən başlayaraq aksessuarlara maraq yaranıb. Digər ulduzlar aksessuarda sadəliyə üstünlük verirlər. Mayli isə əksinə eyni vaxtda bir neçə qolbaq taxır. Iri boyunbağıları və sırğaları xoşlayır.

Son illər geyim stili kimi Maylinin aksessuar seçimləri də dəyişib.Artıq o, daha sadə və şıq aksessualara üstünlük verir.

Sonda onu qeyd edim ki, həmişə göz önündə olan Mayli Sayrusun geyim stili daim bəyənilib. Buna baxmayaraq, son illər onun zövqünün daha da inkişaf etdiyini vurğulamalıyam. Bəlkə də bunda stilistlərin də əli var. Hər halda Mayli gənc qızların ilham almalı olduğu dəb ilahələrindən birinə çevrilib. Siz də bu gözəlçəni təqib edərək öz geyiminizə rəng qata bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm