• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Əmziyin faydaları və zərərləri

Əmziyin faydaları və zərərləri

Araşdırmalar göstərir ki, uşaq hələ ana bətnində baş barmağını əmməyə başlayır. Bu, bəzi uşaqlarda əmmə refleksinin güclü olması ilə izah edilir.

Uşaqlar üçün əmmə yalnız qidalanma vasitəsi yox, eyni zamanda sakitləşdirici təsirə malik prosesdir. Bu səbəbdən bu gün hər bir valideyn əmzikdən istifadə edir. Amerika Pediatr Akademiyası əmziyin faydalarını və zərərləri barədə araşdırma apararaq aşağıdakı nəticəni əldə edib.

• Əmzik körpəni sakitləşdirir, onu ağlayan hər bir uşağa verdikdə o dərhal ağlamağını kəsir.
• Əmzik uşağa hər hansi bir iynə və ya peyvənd vurulan zaman uşaqları sakitləşdirməyə köməklik göstərir. Körpənin yuxuya getməsinə köməklik edir.
• Həmçinin tədqiqatçıların fikrincə, əmzik qəfil uşaq ölümü sindromu riskini də azaldır.

Bütün bunlarla yanaşı əmziyin bəzi ziyanları ola bilər: Məsələn, əmziyə alışan uşaq ana südündən imtina edə bilər. Uzun müddət əmzikdən istifadə etmək uşaqlarda dişlərin nizamsız düzülüşlə çixması kimi problemlərə də gətirib çıxara bilər. Ən önəmlisi isə körpənin yerə düşən və mikroblarla dolu olan əmziyi təkrar ağzına qoymasıdır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR