Aqil M.Quliyev ad günündə hansı xanımın təbrikinə həsrət qalıb?
Bizi izləyin

Tabloid.az

Aqil M.Quliyev ad günündə hansı xanımın təbrikinə həsrət qalıb?

Bu gün tanınmış rejissor Aqil M.Quliyevin doğum günüdür.

Bu gün tanınmış rejissor Aqil M.Quliyevin doğum günüdür.

Rejissor Tabloid.az saytına açıqlamasında bildirib ki, doğum gününü keçirməyəcək. Buna səbəb isə Ermənistan-Azərbaycan sərhəddində əsgərlərimizin şəhid olmasıdır:

“Təbii ki, bu gün doğum günümü qeyd etməyəcəyəm. Məlum səbəblərə görə... Millət nə haydadır?! Durub, ad günü eləməyin yeri yoxdur. Həm də yaşım 42-dir. Nə 45 olur, nə də 50...”

Rejissor çoxlu sayda təbriklər aldığını da qeyd edib:

“Dünən gecədən təbriklər alıram, zəng edirlər, mesaj yazırlar. Düzü, mənə veriləcək hədiyyələr hələ ki, gəlib çıxmayıb (Gülür). İlk təbriklər isə yaxınlarımdan gəldi”.

Aqil M.Quliyev ən yadda qalan doğum günü məclislərindən də danışıb. Onun sözlərinə görə, uşaqlıq illərində ailəsi tərəfindən təşkil olunan doğum günü məclisləri onun üçün unudulmaz olaraq qalacaq:

“Uşaq vaxtı qeyd olunan doğum günləri adamda daha çox xoş təəssürat yaradır. Doğum günümü Bilgəhdə babamla-nənəmlə qeyd etməyi çox sevərdim. Ayın 5-də mənim, 6-da isə ata babamın doğum günü olardı. Ad günlərini birləşdirib, qeyd edərdik. Əmilərim, bütün ailəmiz, hətta bütün sülaləmiz Bilgəhdə babamgilə yığışırdı. Həmin ad günlərim xatirəmdən silinməyəcək, xoş günlər kimi yaddaşımda qalacaq. İndi dostlarla yığışırıq, otururuq, amma o vaxtın yerini heç nə vermir”.

Artıq 4 ildir ki, qızı Sima ilə küsülü olan rejissor ondan təbrik almadığını dilə gətirib:

“Hələ ki, qızım məni təbrik etməyib. Açığı təbrik edəcəyini heç bilmirəm”.

Qeyd edək ki, Aqil M. Quliyev 1972-ci il avqustun 5-də Bakıda doğulub.

1989-cu ildə 153 saylı orta məktəbi bitirib.

Karyerasına “Azərbaycanfilm” kinostudiyasında rejissor köməkçisi kimi başlayıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Bədii kino və televiziya rejissorluğu” fakültəsini bitirib (1990-1996). 1992-ci ildən aktyor kimi müxtəlif filmlərdə çəkilib. Bu illərdə Beynəlxalq “MİR” Teleradio və Azərbaycan Dövlət Teleradio Şirkətlərində müxtəlif televerilişlərin rejissoru olub. 1997-1999-cu illərdə “ABA” teleşirkətində reklam rejissoru kimi çalışıb. 2000-2006-cı illərdə müstəqil prodüser və rejissor kimi reklam və musiqili video işləri ilə Azərbaycanda məşhurlaşıb. 2006-2007-ci illərdə “ACADEMY PRODUCTION” şirkətinin icraçı direktoru vəzifəsində çalışıb. 2007-ci ildən “AQİL M.FİLM” şirkətinin təsisçisi və bədii rəhbəridir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm