Uşaqlar niyə yalan danışırlar?
Bizi izləyin

Tabloid.az

Uşaqlar niyə yalan danışırlar?

Diqqətə, sevgiyə ehtiyac duyan uşaqlar yalan danışırlar

Diqqətə, sevgiyə ehtiyac duyan uşaqlar yalan danışmağa başlayır.

Tabloid.az xəbər verir ki, əgər uşağınızın 3 cümləsindən biri yalandırsa, özünü fərqli bir xəyal dünyasında görürsə və danışdıqlarının gerçək olduğuna inanırsa təşvişə düşmədən tədbir görməyiniz vacibdir. Pedaqoqlar uşaqlarının bu vərdişindən əziyyət çəkən valideynlərə yardımçı olmağa çalışırlar, tövsiyə və məsləhətlərini bölüşürlər.

Uşaqlar da bəzən böyüklər kimi yalan danışa bilər. Fəqət bu ağ yalanların bir müddətdən sonra qarşımıza daha böyük yalanlar kimi çıxmaq ehtimalı çox yüksəkdir.

Araşdırmalar uşaqların yalana əl atmasının səbəblərinin yaş dövrlərinə görə fərqli olduğunu üzə çıxarır. Pedaqoqlar 5 yaşından əvvəl yalanla gerçəyi ayırd edə bilməyən uşağın danışdığı yalanları səhv şərh etməmək, hətta yalan kimi qəbul etməməyin vacib olduğunu qeyd edirlər.

Digər bir məsələ isə uşaqların şişirdilmiş söhbətlərini yalan danışmaq kimi qiymətləndirilməsidir. Uşaqlar başlarına gələn hadisələri şişirdilmiş formada danışa bilərlər. Bu hal isə məktəb çağında artıq aradan qalxmış olur. Valideynlər təşvişə düşmədən bu halın uşaqların inkişafının bir hissəsi kimi qəbul etməyi bacarmalıdırlar.

Buna mane olmaq mümkündür?

İlk öncə böyüklər uşaqların yanında yalan danışaraq pis örnək olmamalıdırlar. Uşaqlar gördüklərini sürətlə təqlid etmək bacarığına malikdirlər. Valideyn yalan danışan uşağı təhqir etmək əvəzinə, niyə yalan danışdığının səbəbini öyrənməyə çalışmalıdır. Uşaqlarla sağlam ünsiyyət qurmaq önəmlidir. Bu elə səviyyədə olmalıdır ki, uşaqlar rahatlıqla valideynlərinə öz azad fikirlərini, düşüncələrini deyə bilsinlər. Valideynlər uşaqlara tətbiq etdikləri ağır cəzalardan əl çəkməlidirlər.

Uşaqlar niyə yalan danışırlar?

Uşaqlar bəzən gerçəklə həqiqəti ayırd edə bilmədiyi üçün yalan danışırlar. Bununla yanaşı, valideyninin yalan danışdığına şahid olan uşaq da yalan danışmağa başlayır. Velosipedi olmayan uşağın "Velosipedim var" deyən uşaqlar həsrətində olduqları və ya məhrum qaldıqları istəklərinə görə bu üsula əl atırlar. Zərər görməmək və cəza almamaq üçün yalan danışan uşaqları da xüsusi bir kateqoriyaya aid edilir. Uşaqlar diqqətə, sevgiyə ehtiyac duyduqları anlarda da yalan danışırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm