• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Bu saç stilləri çox dəbdədir - Fotolar

Bu saç stilləri çox dəbdədir - Fotolar

Parçadan tikilən saç rezinləri payızın trendi olacaq. 1980-ci illərin əvəzolunmaz həcmli saç rezinləri saç broşlarını dəbdən bir balaca kənarlaşdıracaq. Bunu məşhurların stillərində də müşahidə etmək olar. 90-cı illərdə Madonnanın, Olsen əkizlərinin, hətta Sara Cessika Parkerə qədər bir çox ulduzun istifadə etdiyi saç rezinləri yenidən gündəmə qayıdır. Stilistlər bildirirlər ki, bu aksessuarı istənilən obrazla tamamlamaq olar.

Hər geyimlə uyğun gələn, üstəlik, rəng və naxış çeşidi ilə bol olan rezinlər bütün mövsümlərdə istifadə edilə bilər. Parçadan hazırlanan həcmli saç rezini yoxunuzdursa, onu uzun, nazik şərflərlə, ləçəklərlə əvəz edə bilərsiniz. Onu saçınıza dolayaraq retro tərzinə bürünə bilərsiniz.

Yeni-yeni dəbə minməyə başlayan saç rezinlərini Selena Qomez, Rita Ora, Cenifer Lopez, hətta ABŞ-ın keçmiş xarici işlər narizi Hilari Klinton da istifadə edir.

Parçadan tikilən saç rezini ilə ən çox diqqət çəkən isimlərdən biri Selena Qomezdir. Selena Qomez təpədən topladığı hörüklü saçını qara parça rezini ilə xüsusi vurğulamışdı.

Çılğın müğənni Rota Ora keçən aylarda saçına bağladığı rəngli rezini ilə 90-cı illərin stilindən bəhrələnmişdi.

İngiltərə şahzadəsi Harri ilə eşq yaşayan Kressida Bonas bu tərz saç rezinlərini çox sevir. At quyruğu yığdığı saç stilində rəngli parçalardan bəhrələnir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR