Bura hotel deyil, dövlət xəstəxanasıdır - Fotolar
Bizi izləyin

Tabloid.az

Bura hotel deyil, dövlət xəstəxanasıdır - Fotolar

Bura hotel deyil, dövlət xəstəxanasıdır - Fotolar

Türkiyədə hamilə qadınları təbii doğuşa həvəsləndirmək üçün dövlət xəstəxanasında 5 ulduzlu otel otağından fərqlənməyən xüsusi palata təşkil edilib.

Tabolid.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu layihə Səhiyyə Nazirliyinin təklifi ilə həyata keçirilib. Son zamanlar qadınların keysəriyyə əməliyyatına üstünlük verməsi və təbii doğuşun ciddi sürətdə aşağı düşməsi bu cür həvəsləndirici dövlət proqramlarının həyat keçirməsinə əsas yaradıb.

Qeyd edək ki, Türkiyənin Samsun şəhərindəki dövlət xəstəxanasında başladılan kampaniya artıq 2 aydır ki, davam edir. Təbii doğuşa razı olan qadınlar 5 ulduzlu otel komfortunda olan bu palatalara yerləşdirilir. Tək xəstənin yerləşdirildiyi otaqda iki nəfərlik yataq dəsti, yumşaq mebellər, uşaq çarpayısı, xüsusü hamamı, televizor, soyuducu var.

Xəstəxananın baş həkimi Hasan Rza bütün bu komfortun yeganə məqsədinin qadınları təbii doğuşa həvəsləndirmək olduğunu qeyd edib:

"Hamilə qadınların özlərini evdə kimi hiss edəcəyi, eyni zamanda, yaxınlarının da yanında qala biləcəyi bir şərait yaradılıb. Bu, qadınlarda təbii doğuş qorxusunun aradan qaldırmağa yönəlib. İndi xanımlar təbii doğuşun üstünlüklərini dərk etmədiklərinə görə keysəriyyə əməliyyatına üstünlük verirlər. Ancaq keysəriyyə əməliyyatında bir çox risklər var. Bunlardan ən başlıcası isə narkozun fəsadlarıdır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm