Tabloid.az
Ətin təkrarolunmaz dadı: Krevetka, Reseptlər
Bu yaxınlara qədər krevetka əlçatmaz məzə hesab olunurdu. Hazırda isə böyük marketlərin hamısında bişmiş və çiy krevetkalar satılır. Təkrarolunmaz və zərif ətdə insan orqanizm üçün lazımlı mikroelementlər - yod, kalium, kalsium, sink, kükürd var. Krevetkanın tərkibində dırnaqların, saçların möhkəmlənməsi, dərinin hamarlığı üçün lazım olan Omeqa-3 var.
Zülalla, yağ turşuları ilə zəngin olan krevetkanın tərkibində xolesterin olsa da, yağsız olması səbəbindən o qana daxil olmur, deməli, zərərsizdir. Krevetka ürək-damar sisteminin vəziyyətinə müsbət təsir edir və onun möhkəmlənməsinə kömək edir.
Bir sıra tədqiqatlar göstərib ki, krevetkadan müntəzəm istifadə edənlərin immuniteti güclənir və onlarda onkoloji xəstəliklərin yaranma ehtimalı xeyli azalır. Bu, krevetkanın kifayət qədər güclü antioksidantlarla zəngin olması sayəsində baş verir.
Lakin unutmamalıyıq ki, krevetkanın ziyanı da var. Krevetka çox qidalı məhsuldur, sağlam insan orqanizmi üçün tələb olunan mikroelementlərlə zəngindir. Ondan istifadə edəndə ölçü hissini unutmayın. Eyni zamanda, krevetkada dəniz suyunda müşahidə edilən bəzi radioaktiv maddələr ola bilər. Ona görə də krevetka alarkən onun hansı firma tərəfindən istehsal edildiyinə diqqət yetirin.
Krevetka - xırda dəniz xərçəngi ideal dəniz məhsuludur. Krevetka müstəqil yemək və ya müxtəlif mürəkkəb salatların tərkibində istifadə edilə bilər. Amma bir məqamı unutmayın! Digər dəniz məhsulları kimi krevetka da ciddi termik təmizlənmə tələb edir.
Krevetkanın hazırlanması çox sadədir. Amma bir daha xatırladırıq ki, o yaxşı təmizlənməlidir. Əks halda əti sərt olacaq.
Öncə mağazadan çiy və ya bişmiş krevetka aldığınızı müəyyənləşdirin. Əlbəttə ki, məhsulun etiketində bu barədə məlumat olur. Çiy krevetka boz, bişmiş isə çəhrayı rəngdə olur. Əksər hallarda mağazalarda bişmiş, çəhrayı rəngli krevetka satılır. Bişmiş krevetkanın buzunu əridib, aşağı temperaturda bişirmək lazımdır.
Limonlu krevetka
Donmuş krevetkanı süzgəcə yığın, üzərinə qaynar su tökün ki, buzu ərisin. Sonra krevetkaları qazana yığın, üzərini tam örtənədək qaynar su tökün. Zəif odda krevetkanı qaynadın, sonra suyunu süzün. Boşqaba yığandan sonra limon şirəsi və göyərti ilə bəzəyin. Krevetka yeməyə tam hazırdır.
Kərə yağında krevetka
zolaqlı krevetka- 500 qram
sarımsaq – 1-2 diş
çili bibəri
kərə yağı - 100 qram
zeytun yağı – 5 xörək qaşığı
zövqə görə duz, ədviyyat, göyərti .
Zeytun və kərə yağını tavada əridin. Xırda doğranılmış çili bibərini, sarımsağı yağda 2-3 dəqiqə qovurun, daha sonra krevetka və göyərtini əlavə edin. Tavanı oddan götürdükdən sonra üzərinə limon şirəsi səpin. Tavanın qapağını 2-3 dəqiqə örtün. Krevetka həm isti xörək, həm də soyuq qəlyanaltı kimi süfrəyə vermək olar.
Xamalı krevetka
Krevetka 1 kq, bişmiş və ya çiy krevetka istifadə etmək olar
smetan sousu - 2 stəkan
kərə yağı - 1 xörək qaşığı
pendir- 2 xörək qaşığı
kartof - 5-6
Zirehindən təmizlənmiş və xırda doğranılmış krevetkanı tavaya tökün, daha sonra azca qızardılmış kartofu, smetan sousunu, süzgəcdən keçirilmış sousu əlavə edin. Sobada üzəri qızarana qədər bişirin.
Smetan sousunun hazırlanma qaydası belədir:
200 qram xamaya 1 xörək qaşığı un, duz əlavə edin. 5 dəqiqə inqrediyentləri yaxşıca qarışdırın. Bu sousdan başqa xörəklərin hazırlanmasında da istifadə etmək olar.
Unlu krevetka
Krevetka - 500 qram
yumurta – 1 ədəd
un - 2 xörək qaşığı
duz.
Krevetkanı zirehindən elə təmizləyin ki, ancaq quyruğu qalsın. Onu kağız qida salfeti ilə qurudun. Yumurtanı, unu çalın, duzlayın. Krevetkanı bu kütləyə batırıb kərə yağında qızardın.
Krevetkalı-almalı salat
alma – 4 ədəd
qaynadılmış krevetka - 100 qram, krevetkanı çox sevənlər miqdarını artıra bilərlər.
qoz ləpəsi - 100 qram
limon şirəsi - 1 çay qaşığı
mayonez 2-3 xörək qaşığı
Krevetkanı salat kasasına tökün, almanı nazik dilimləyin. Limon şirəsini eyni ölçüdə adi su ilə qarışdırın və almanın üzərinə səpin. Qoz ləpəsini xırdalayıb, salata əlavə edin. İnqrediyentləri yaxşı qarışdırın, mayonez qatın. Dadların bir-birinə qarışması üçün salatı 30 dəqiqə soyuducuda saxlayın.
Düyülü krevetka
krevetka - 500-600 qram
soğan - 3-4 ədəd
düyü – 1 stəkan
pendir - 50 qram
Sous üçün:
Su - 1-2 stəkan
kərə yağı 2-3 çay qaşığı
un - 1 çay qaşığı
kök – 2 ədəd
soğan – 1-2 ədəd
tomat pastası – 1 xörək qaşığı
şəkər – 1 çay qaşığı
duz, ədviyyatlar.
Krevetkanı azca duz əlavə edilmiş suda qaynadın. Suyunu süzdükdən sonra xırda-xırda doğrayın. Soğanı yağda qovurduqdan sonra krevetka ilə qarışdırın. Üzərinə duz, ədviyyat, tomat pastası vurun. Düyünü ayrıca qarışdırın. Düyü soyuduqdan sonra üzərinə sürtgəcdən keçirilmiş pendir səpin.
Xörəyi süfrəyə verəndə boşqaba birinci düyünü çəkin, üzərinə krevetkanı qoyun.
Nuş olsun!
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO
-
Magazin208:36
Kristofer Nolan cəngavər olacaq, xanımı isə... - FOTO