Qadını kəşf etməyin üsulu
Bizi izləyin

Tabloid.az

Qadını kəşf etməyin üsulu

Aristokrat, kübar qadınlar çantanı necə daşıyırlar?

Çantalar qadınlar üçün çox dəbdəbəli, əks cinsi başdan çıxardacaq qədər önəmli və özlərini ən yaxşı ifadə edə biləcək vasitədir. Belə ki, qadının seçdiyi çantadan, onun içinin hansı vəziyyətdə olmasına, hətta onu necə daşımasına qədər xarakterini müəyyən etmək mümkündür. Çantanı əldə tutmaq qadının hansı vəziyyətdə olduğunu və psixoloji durumunu büruzə verir.

Tabloid.az xarici mətbauta istinadən ingilis mütəxəssisi Patti Vudun çanta tutmaq formasına görə, qadınlar haqqında maraqlı məlumatları təqdim edir:

Qolda: Bu forma daha çox məşhur insanların və aristokrat xanımların müraciət etdiyi formadır. Özünü hamıdan üstün tutan qadınlar çantasını qolunda daşıyır.

Əldə və çiyində: Bu qadının çox yorğun olduğunu göstərir. Qadınlar yorğun olan zaman çantanı əldə və çiyində saxlayırlar. Yaxud da bu forma qadının əhvalının yaxşı olmadığını bəlli edə bilər.

Çiyində: Geyimlərini ya da özünü gizlətmək üçün əli daim çiynində olur və özünü narahat aparır. Belə qadınlar kompleksli, özünə inamı az olan tiplərdir.

Portfel: Çantanı qayışından sıx tutan qadınlar utancaq və qorunmaya ehtiyacı olan insanlardır.

Qolun altında: Çantadan çox içindəkilərə əhəmiyyət verir. Belə qadınlar məqsədə nail olmaq üçün mübarizə aparan güclü qadınları xarakterizə edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm