Tabloid.az
“Emma profilində Azərbaycan bayrağını paylaşmalıdır”
Deyəsən, yerli şou-biznesdə yeni qalmaqalın təməli qoyulacaq.
Tabloid.az xəbər verir ki, bu dəfə müğənnilər Elnarə Xəlilova ilə Elmira Ələkbərzadə arasında inciklik düşə bilər. Belə ki, E.Xəlilova həmkarının “İnstagram” səhifəsində profil şəkli kimi Amerika bayrağını paylaşmasına etiraz edib.
Axşam.az-ın məlumatına görə, sənətçi həmkarının səhifəsini paylaşaraq onun ünvanına sərt sözlər yazıb:
“Şərhsiz... Atası azərbaycanlıdır. Soyadları Azərbaycana aiddir. Heç ondan gözləməzdim. Azərbaycanın çörəyini yeyib, suyunu içib, havasını udan canı da çıxmalıdır, belə bir ağır gündə Azərbaycan bayrağını paylaşmalıdır. Sevda Ələkbərzadənin səhifəsinə baxdım. O, bacısından fərqli olaraq yas saxlayır. İki bacı arasındakı fərq yerlə-göy qədərdir”.
Elmira Ələkbərzadə isə məsələ ilə bağlı danışmaq istəməyib.
Müğənni Tabloid.az saytına açıqlamasında qalmaqaldan hər zaman uzaq olduğunu deyib:
“Bu kimi hallarla, dedi-qodularla özümü reklam etmək istəmirəm”.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!