Zaurla Günay qızına doğum günü keçirmədi
Bizi izləyin

Tabloid.az

Zaurla Günay qızına doğum günü keçirmədi

Ötən gün tanınmış aparıcılar Zaur və Günay Baxşəliyevlərin qızı Dilavərin bir yaşı tamam olub.

Ötən gün tanınmış aparıcılar Zaur və Günay Baxşəliyevlərin qızı Dilavərin bir yaşı tamam olub.

Tabloid.az xəbər verir ki, cütlük qızlarına doğum günü keçirməyəcək. Belə ki, Zaur Baxşəliyev hazırda Azərbaycan-Ermənistan sərhəddində şəhid olan əsgərlərimizin ruhuna hörmət əlaməti olaraq qızına çal-çağır məclisi qurmaqdan vaz keçib.

Bu haqda isə müğənni Xatirə İslam “İnstagram” bloqunda yazıb. Müğənni oğlu Emilin fotosunu paylaşaraq, onun dilindən Zaurla Günayın qızının bir yaşını təbrik edib:

“Salam, əziz dostlar. Mən Emiləm, tanıdınız? Bu gün mənim Dilavər bacımın ad günüdür, onu təbrik edirəm. Allah bütün övladları atalı-analı böyütsün. Düzdür, Zaur dayı şəhid olan əsgərlərimizə görə ad günü keçirmədi. Amma inşallah, bu yaxınlarda hər şey yaxşı olanda qeyd edər”.

Qeyd edək ki, Zaurla Günay 2012-ci ildə ailə qurublar. Zaur qızına anası Dilavər xanımın adını qoyub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm