Dünyanın zövqlü xanımlarının dəb yarışı - Fotolar
Bizi izləyin

Tabloid.az

Dünyanın zövqlü xanımlarının dəb yarışı - Fotolar

Dünyanın zövqlü xanımlarının dəb yarışı - Fotolar

Keyt Middleton və həyat yoldaşı şahzadə Uilyam I Dünya müharibəsini anma münasibəti ilə Belçikaya rəsmi səfər ediblər. Bu səfərdə Keyt Middleton özünəməxsus və təkrarolunmaz stilinə sadiq qalıb. Keyt hər zaman olduğu kimi sevimli markalarından olan Alexander McQueen-dən geyinib.

Keyt başqa markalardan geyinsə də, McQueen libası geyindiyi zaman bambaşqa görünür. Moda evi əynindəki mantonu çox güman ki, ona özəl tikib. Mantonun tikişləri və uşaq geyimində rast gəldiyimiz yaxalığı Keyti sadə göstərir.

Mantonun rəngi ilə fasonu bir-birini gözəl şəkildə tamamlayır. Keyt Middletonun seçdiyi ayaqqabılar da zərif zövqdən xəbər verir. Ayaqqabısı isə "LK Bennett Sledge" brendinə aiddir.

Onun obrazlarını şapkasız təsəvvür etmək mümkün deyil. Bu stilində ən təqdirə layiq parça isə Keytin şapkasıdır. Jane Taylor dizaynı olan şapka Keytin geyimini rəngləndirib. Keytin “Annoushka” mirvari sırğaları da xoş görünür.

Keyt bu stilini tez-tez istifadə etdiyi Alexander McQueen klatç çantası ilə tamamlayıb.

Son vaxtlarda internetdə onun arıqladığı, hətta anoreksiyaya tutulduğu deyilir. Keytin formada qalmasını idmanla məşğul olması ilə izah etmək olar. O, hər gün mütəmadi olaraq özəl məşqçisi ilə idman edir.

Belçika şahzadəsinin həyat yoldaşı Matilda da Keytdən geri qalmır. O da stilini şapka ilə tamamlayıb. Matilda sevimli tonu olan səma rəngində seçdiyi donunu bozun açıq çalarları ilə tamamlayıb.

Tabloid.az Keytin səfərdən olan fotolarını təqdim edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm