Cəsarətli xanımlar üçün rəngli tuş dəbi - Fotolar
Bizi izləyin

Tabloid.az

Cəsarətli xanımlar üçün rəngli tuş dəbi - Fotolar

Cəsarətli xanımlar üçün rəngli tuş dəbi - Fotolar

Rəngli tuşların yaranma tarixi XX əsrin 60-cı illərinə təsadüf edir. Növbəti “Rəng partlayışı” isə 90-ci illərin sonlarında baş verib və bu partlayış yalnız makiyaj ləvazimatlarında deyil, həmçinin o dövrün geyim və aksesuarlarına da təsir edir. 90-cı illərin rəngli tuş trendi yenidən dəbə qayıdıb. Gözəllik ustaları bu cür rəngli tuşların təbiətini tamamilə dəyişdirməyib, yalnız innovativ yenilikləri və bu günə uyğun məqamları əlavə ediblər. Rəngli tuşlar əvvəllər ballarda və maskaradlarda istifadə olunurdusa, indi gündəlik makiyajda da üzü vurğulamaq məqsədi ilə istifadə olunur. Bəhs etdiyimiz rəngli tuşlar bizim bildiyimiz qara və ya qəhvəyi rəngdə tuşlar deyil, həqiqətən qeyri – adi rəngdə ( sarı, elektro-göy, yaşıl, bənövşəyi) təklif olunur.

Siz hesab edirsiniz ki, rəngli tuşlar günlük makiyaj üçün uyğun deyil, onda bu baxışınızı dəyişməyin vaxtı gəlib.

Göy və ya bənövşəyi rəngdə tuşlar, qara rəngli tuşlardan fərqli, kirpiklərdə daha parlaq görünür, amma bu demək deyil ki, onları günlük həyatda istifadə etmək olmaz. Birincisi, rəngli tuşlar göz makiyajını vurğulamaq üçün daha orijinal vasitə kimi istifadə oluna bilər. İkincisi isə, ən fərqli rəngdə olan tuşlar ( sarı, çəhrayı) maraqlı obrazları yaratmaq üçün istifadə olunur. Bu məsələdə dünya makiyaj ustaları bir fikirdədir ki, rəngli tuşlar fərqli zamanlarda istifadə oluna bilər.

Bir qrup ustalar bildirirlər ki, göz qapağında istifadə olunan göz kölgəsi rəngi ilə tuş rəngi eyni tonda olmamalıdır. Digər qrup isə əksinə bu fikirdədir ki, həm göz kölgəsi, həm də tuşun tonları eyni olsa bu gözdə daha effektli görünər. Bir tonun tərəfdarları onu da bildirirlər ki, bu cür göz makiyajında istifadə qaydası var. Tuşu kirpiklərin üzərinə az və nazik halda vurmaq lazımdır. Bu iki qrupdan fərqli olaraq, daha bir qrup var ki, onların seçimi təkcə rəngli tuşdan yanadır. Bu halda göz kölgəsindən istifadə etmək məsləhət görürlər.

Rəngli tuşların istifadəsində daha bir əsas məqam göz rəngidir. Bu məsələdə ən optimal variant göy rəngdə tuşlardır, çünki onlar hər gözə rəngindən asılı olmayaraq uyğun gəlir. Göy rəngdə olan tuşlar həm göz makiyajını vurğulayır, həm də göz bəbəyini daha aydın edir. Bu rəng vizual olaraq yuxulu və yorğun görünməyin qarşısını alır. Yaşıl və bənövşəyi rənglərdə olan tuşların istifadəsi göy tuşların istifadəsi ilə təxminən eynidir. Yalnız onu qeyd etmək lazımdır ki, bənövşəyi rəngdə tuşlar daha çox kürən saçlı xanımlara, yaşıl rəngli tuşlar isə tünd dərili xanımlara yaraşır.

Rəngli tuşların əsas 3 istifadə qaydası:

Tuşu vurmazdan əvvəl kirpikləri şipçi (kiprikqaldıran) ilə qaldırmaq və düzəltmək lazımdır.

Qaldırdıqdan sonra, kirpiklər üçün gel istifadə olunsa daha məqsədə uyğun olar.

Rəngli tuşu qara rəngdən fərqli olaraq, kirpiklərin tam uzunluğuna yox, yalnız uclarına vurmaq daha effektli olar.

Rəngli tuşları həm alt, həm də üst kirpiklərə çəkmək kimi bir qayda yoxdur. Belə ki, onu təkcə üstü kirpiklərə vurmaqla kifayətlənə bilərsiniz. Alta isə qara quş vura bilərsiniz.

Rəngli tuşla eyni rəngdə layner çəkərək göz qamaşdırıcı obraz əldə etmiş olarsınız.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm