O, ağ pələngindən danışıb özünü Beyonsla müqayisə etdi
Bizi izləyin

Tabloid.az

O, ağ pələngindən danışıb özünü Beyonsla müqayisə etdi

Müğənni Elnur Məmmədov "Sonunda" adlı mahnısının klip çəkilişlərini yekunlaşdırıb.

Publika.Az-ın məlumatına görə daim fərqlilik yaradan ifaçı bu işində də öz adəti üzrə hərəkət edib. O, hətta klip üçün Ukraynadan gözəllikdə Naomi Kempbell və Tayra Benksi kölgədə qoyacaq qızlar gətirib. İfaçı Muz TV-ə açıqlamasında bildirib ki, klipə rejissorluğu Mako edib, qızlarla yanaşı ekran işində ağ pələng də çəkilib. Buna görə də Elnur özünü Beyonsla müqayisə edib. Bu barədə müğənni belə deyir:

“Son zamanlar heyvanları klipdə çəkdirmək dəb halını alıb, Beyonsun da klipində yer alan şir və pələng montajdır. Los Angelesdə belə bir studiya açılıb. Burada istədiyin heyvanı sifariş verirsən. 3-4 saniyəsini çəkmək üçün yüksək qonorar tələb edirlər. Mən bir pələng danışdım, o da Gürcüstanda var. Orada çəkilişi reallaşdırmaq fikrim var idi. Ehtiyat etdim. Nə qədər əhliləşmiş olsa da risk etmədim”.

Elvin Elxan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm