Qadınların bilməli olduğu mətbəx sirləri
Bizi izləyin

Tabloid.az

Qadınların bilməli olduğu mətbəx sirləri

Qadınların bilməli olduğu mətbəx sirləri

Torta qatacağınız qoz, fındıq tortda bərabər şəkildə yayılsın deyə, una buladıqdan sonra xəmirə qatın.

Peçenyenin bərkiməməsi üçün tənəkə qutuda (yüksək keyfiyyətli metal qutu nəzərdə tutulur) saxlayın və yanına bir-iki dilim alma qoyun.

Tərəvəzləri daha təmiz yuyulması üçün 15-20 dəqiqə sirkəli suda saxlayın, sonra yuyun.

Cemin xarlanmasının səbəblərindən biri də cemi qabdan sulu qaşıqla götürməkdir. Cemi götürərkən qaşığı salfet və ya dəsmalla qurulayın.

Cemi bişirərkən köpüklənməsini istəmirsinizsə, içinə qoz böyüklüyündə yağ atın.

Makaronu qaynadarkən suyuna bir qaşıq maye yağ tökün ki, bir-birinə yapışmasın.

Çörəyin kiflənməməsi üçün çörək qutusuna duz qoyun.

Təzə çörəyi asan kəsmək üçün bıçağı bir qədər odda qızdırın.

Keksin daha çox qabarması üçün tərkibinə bir qaşıq qaynar su əlavə edin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm