Bu unitazlarda “yox” yoxdur!- Fotolar, Video
Bizi izləyin

Tabloid.az

Bu unitazlarda “yox” yoxdur!- Fotolar, Video

Bu gördüyünüz “ağıllı” unitazlar 5000 manatdır…

Təkərləri olsa minib gedə bilərsən... Çünki bu unitazlarda “yox” yoxdur…

Tabliod.az xəbər verir ki, Amerikanın “Fox Bisness” saytı dünyanın ən bahalı unitazlarını araşdırıb. Bu sahədə son olaraq təbii ki, yaponlar təzyiqi, qan şəkərini, kilonu ölçən bir unitaz icad etmişdilər. Ən çox ABŞ-da diqqəti cəlb edən bu ağıllı unitazları unutduran yeni unitazların icadı olmayacaq dedik, amma oldu…

Balacası, böyüyü fərq etməz, 5000 manat!

Buna min şahid gətirsən unitaz olduğunu deməz..

Ancaq Kohlerin istehsal etdiyi 6 min dollarlıq Numi unitaz dünyasındakı alışqanlıqları tamamilə unutdurur. Bu unitaz daha çox rahatlığı ilə seçilir..

Bu gördüyünüz tualet uzaqdan idarə etmə mexanizmi ilə avtomatik açılır.

Eləcə də siz musiqi də dinləyə bilərsiniz.

Düşünün ki, tualetiniz sizi tanıyır…

Gecələr adətən avtomatik olaraq işıq saçır. “Vanna otağınıza yeni bir standart gətirəcək” şüarı ilə adlanan Numi yerdən ayaqlarınızı isidəcək özəl bir sistem yaratmışdır. Oturduqdan sonrası isə ayrı bir aləm.. Suyun öndənmi ya arxadanmı axacağı, bu sırada necə bir aydınlatma olacağı, isitmə tənzimləmələri istifadəçinin öz öhdəsinə buraxılır. Eləcə də bu unitazlar oturunca sizi tanıyır.

Uzaqdan idarə etmənin bir çox özəllikləri vardır.

Sifon da düşünülmüşdür. Suyun hansı tərəfə hansı şiddətlə axacağını da siz seçəcəksiniz.

Numinin rəsmi saytındakı tanıtım reklamında bu lüks tualetin nə qədər zərif bir seçim ola biləcəyi vurğulanmışdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm