Röya Ayxan kimin ölümündən danışdı?
Bizi izləyin

Tabloid.az

Röya Ayxan kimin ölümündən danışdı?

Röya Ayxan bəstəkarlar Hikmət və Nailə Mirməmmədlilərin 2007-ci ildə dənizdə boğulan 14 yaşlı oğlundan danışıb.

Röya Ayxan bəstəkarlar Hikmət və Nailə Mirməmmədlilərin 2007-ci ildə dənizdə boğulan 14 yaşlı oğlundan danışıb.

Tabloid.az xəbər verir ki, müğənni ANS-də yayımlanan “Alın yazısı” verilişində hadisə ilə bağlı acı xatirəsini dilə gətirib:

“Ailəsi ona dənizə getməyə icazə vermirdi. O da bir gün əvvəldən mənə zəng etdi ki, anama deyərsən, səninlə dənizə gedirəm. Əslində isə dostları ilə yollanırdı. Razılaşmadım, dedim, olmaz. Dənizi neynirsən, ad günün olacaq, get dostlarınla ye, iç. Yaxşı ki, onunla getməmişdim. Hadisə mənim gözümün önündə baş versəydi, özümü öldürərdim, yaşaya bilməzdim”.

Qeyd edək ki, Nailə və Hikmət Mirməmmədlilərin 14 yaşlı oğlu dənizdə boğularaq dünyasını dəyişib. Hadisə 2007-ci ildə baş verib.

Bir müddət sonra isə Əməkdar incəsənət xadim Hikmət Mirməmmədli ürək tutmasından vəfat edib. Hadisə bəstəkarın qatıldığı doğum günü mərasimində baş verib. Qəfildən özünü pis hiss edən H.Mirməmmədli yerindəcə keçinib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm