• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Məşhur modelin 25 milyonluq evindən - Fotolar

Məşhur modelin 25 milyonluq evindən - Fotolar

Haydi Klum - alman top modeli, aparıcı, aktrisa və dizaynerdir. Onun bioqrafiyası olduqca maraqlıdır. O, 1973-cü ildə Almaniyada anadan olub. Modellik karyerası 1992-ci ildən başlayıb. O, 18 yaşında "1992-ci ilin Modeli" müsabiqəsinin qalibi seçilib. Bu qələbə ona 300 minlik gəlir gətirir və "Late-Night Show"-da iştirak hüququ verdi. Beləliklə, dizaynerlik təhsilini yarımçıq qoyaraq model koriyerasına başladı. 1993-cü ildə Klum ABŞ-a köçdü. Ona məşhurluğu 1998-ci ildə "Sports İllustrated" jurnalının üz qabığında çimərlik geyimi ilə çəkdirdiyi şəkil gətirdi. Bundan sonra o məşhur jurnallar olan "Vogue" və "Elle"nin üz qabıqlarında tez-tez çəkilməyə başladı. Əlavə olaraq Klum Victoria's Secret brendini siması oldu. Hazırda o dünyanın ən çox qazanan modellərindən biridir.

Məşhur model Haydi Klumun villasının dəyəri 25 milyon dollardır. Modelin 3 övladı ilə birgə yaşadığı evdə 8 yataq otağı, 10 hamam otatğı var. Evin sahəsi 12.300 kv.metrdir. İtalyan stilində inşa edilən villa 1999-cu ildə tikilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR