Sinirləri sakitləşdirən, yorğunluğu aradan qaldıran ədviyyat
Bizi izləyin

Tabloid.az

Sinirləri sakitləşdirən, yorğunluğu aradan qaldıran ədviyyat

Sinirləri sakitləşdirən, yorğunluğu aradan qaldıran ədviyyat

Mixək – həmişəyaşıl ağacın qurudulmuş çiçək tumurcuğudur. Ağacının hündürlüyü bəzən 10, bəzən də 15 metrə çatır. Yarpaqları tünd yaşıl, meyvələri tünd qırmızıdır. Mixək bir çox tropik ölkələrdə də becərilir. XVII və XVIII əsrlərdə İngiltərədə qiyməti çox yüksək olduğu üçün mixəyi, hətta qızılla ölçürdülər.

Mixək tək gözəl qoxusu olan ədviyyat deyil. Mixək tibbdə müxtəlif xəstəliklərin müalicəsi və profilaktikası zamanı çox geniş istifadə olunur. Mixək çox zəngin kimyəvi tərkibinə malikdir. Onun tərkibində B qrupu vitaminləri (В1, В2, В3, РР, В4, В6, В9), A, C, E, K vitaminləri, qiymətli efir yağları var. Bu zəngin tərkibinə görə mixək bütün insan orqanizminə çox müsbət təsir edir. Mixək antiseptik və bakteriyalar əleyhinə, ağrıkəsici, yara sağaldan təsirinə malikdir.

Mixək qadınların cinsiyyət sisteminə çox müsbət təsir edir, menstrual funksiyasını tənzimləyir.

Mixək bütün mədə-bağırsaq sisteminə də çox yaxşı təsir edir. Belə ki, mixək həzm şirələrinin ifrazını artırır, iştahanı artırır, həzm prosesləri tənzimləyir. Bu ədviyyat kolit, bağırsaq köpü, ishalın müalicəsi zamanı geniş istifadə olunur. Lakin mədə və 12 barmaq bağırsağın xora xəstəlikləri, hipertoniya zamanı bu ədviyyatdan tez-tez istifadə etmək tövsiyə edilmir.

Mixək ağızdan gələn pis qoxunu aradan qaldırır, diş ağrısını azaldır (bir dənə mixək dişləyin və ağrıyan dişin üzərinə qoyun), damaqların vəziyyətini yaxşılaşdırır. Mixək həm də diş və diş əti xəstəliklərinin müalicəsinə də kömək edir.

Mixək B qrupu vitaminlərlə olduqca zəngindir və bu səbəbdən ədviyyat sinir sistemi üçün çox xeyirlidir. Mixək sinirləri sakitləşdirir, psixi gərginliyi aradan qaldırır, ovsunlayıcı qoxusu sayəsində stressdən xilas edir, beyinin fəaliyyətini və yaddaşı yaxşılaşdırır. Baş ağrılarını aradan qaldırmaq üçün də ideal vasitədir. Mixəyin faydaları bununla bitmir. Belə ki, mixək yorğunluğu və yuxusuzluq problemini də aradan qaldırır.

Bu ədviyyat şəkərli diabet, insult və infarkt kimi ağır xəstəliklərin profilaktikası zamanı istifadə olunur. Mixək dərinin vəziyyətini və görməni yaxşılaşdırır, immun və ürək-damar sistemini möhkəmləndirir.

Mixək yağı soyuqdəymə, öskürək, zökəm zamanı xəstəyə kömək edir. Öskürəyi kəsir. Temperaturu aşağı salır.

Bir çox qadınları gözlərin altında əmələ gələn ödəm narahat edir. Ödəmlə mübarizə aparmaq üçün bir neçə dənə mixəyi qaynar suda dəmləyin, soyudun və gözün altına kompres edin.

Mixək qida və şirniyyatların bişirilməsi zamanı istifadə olunur, çaya əlavə oluna bilər. Ədviyyat çaya qeyri-adi dad və ətir verir.

Mixək yağı da tibbdə və kosmetologiyada geniş istifadə olunur. Dəri xəstəliklərinə qarşı faydalıdır. Dəridəki səpkiləri aradan götürür. Doğumu asanlaşdırır. Mixək yağı nevroloji və revmatizm ağrılarını azaldır.

Mixək sevə-sevə istifadə etdiyimiz ətirlərin və bir çox kosmetik məhsulların tərkibinə də qatılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm