• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Aqressiv uşaqlarla necə davranmalı?

Aqressiv uşaqlarla necə davranmalı?

Tabloid.az xəbər verir ki, yeni addımlamağa və ya danışmağa başlayan uşaqların nə istədiyini anlamaq çox çətindir. Mütəxəssislər valideynlərə uşaqların bu inkişaf dövründəki dəyişikliyi anlamaq üçün bəzi məsləhətlər verirlər.

Adətən sakit olan uşaqlar bu dövrdə anidən əsəbi və ya aqressiv olan uşaqlar isə tam əksinə sakit bir ruh halına keçə bilərlər. Bəs bu dövrdə normal qəbul edilən vəziyyət hansıdır? Bu sualın cavabını bilməyən valideynlər bu vəziyyətdən çıxış yolu tapmaqda çətinlik çəkirlər.

1-3 yaş qrupuna daxil olan uşaqlar müxtəlif davranış formaları nümayiş etdirə bilərlər. Vurmaq, dişləmək, bölüşməyi rədd etmək, əsəb sarsıntısı kimi davranışlar sağlam bir uşağın həyatındakı adi davranışlardan biri kimi qəbul edilməlidir. Buna rəğmən valideynlər bu davranışları neqativ hal kimi qiymətləndirirlər.

Əslində bu cür davranışlar uşaqların dünyanı dərk etməsi üçün bir fürsətdir. Valideyn ilk olaraq övladında bəyənmədiyi davranışa reaksiya verməzdən öncə özünü sakitləşdirməyi bacarmalıdır. Mütəxəssislər valideyni uşağında bəyənmədiyi davranışını anlamağı məsləhət görürlər. Hər hansı bir davranışı anlamaq isə onu qəbul etmək mənasını daşımır. Valideynlər uşaqlarının niyə bu cür davrandığını təxmin etməyə çalışmalıdırlar. Bu cür yanaşmaq həm valideyn, həm də uşaq üçün müsbət nəticə verəcək. Bu cür hallarla rastlaşdıqda valideynlər bəzi sərhədlər və qadağalar qoyaraq onun nəticələrini uşaqlara açıqlaya bilərlər. Belə qaydalar tətbiq edildikdə uşağın müəyyən davranışının bəyənilmədiyini və bu cür hərəkətlərlə hər hansı bir istəyinin yerinə yetirilməyəcəyi mesajını vermək olur.

Ancaq valideynlər övladlarının da bir fərd olduğunu heç vaxt unutmamalıdırlar. Uşağınızı ictimai yerlərdə xoşagəlməz hərəkət edirsə, həmin anda çox emosional reaksiya verməyin. O anda uşağınızı həmin yerdən uzaqlaşdırın. Sakit və məqsədli şəkildə övladınıza etdiyi davranışının səbəbini və nəticəsini açıqlayın. Məsələn, övladınız başqa bir uşağı vurursa, onu bir kənara apararaq bunun yaxşı hərəkət olmadığını deyin. Döyülən uşağa xüsusi diqqət ayıraraq onunla ünsiyyət yaradın. Bu cür davranışla siz qəbul edilməyən davranışın təsirini ən aşağı səviyyəyə endirə bilərsiniz.

Əgər övladınız özünə, qardaş və ya bacılarına fiziki xəsarətlər yetirirsə bu zaman psixoloqa müraciət etməyiniz vacibdir. Çünki bu cür davranışların təməlində psixi xəstəliklər, travmalar ola bilər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR