Amaliya Pənahova: “Paxıllığımı çəkirlər”
Bizi izləyin

Tabloid.az

Amaliya Pənahova: “Paxıllığımı çəkirlər”

Amaliya Pənahova: “Paxıllığımı çəkirlər”

“Aktyorluq asılı sənətdir. Aktyorsansa, rejissordan, dramaturgiyadan, müdriyyətdən asılı olursan. Rejissorun səndən xoşu gəldi-gəlmədi. Kim sənə rol verdi-vermədi... O aləmin içinə daxil olanda hər şeyi görmək mümkündür. Amma uzaqdan baxanda, hamımız firavan görünürük. Daxildə çox böyük gərgin iş, mübarizə gedir. Paxıllar, gözü götürməyənlər var. Əslində, bunu açıqlamaq istəməzdim, tamaşaçının gözündə gözəl qalmağımız yaxşıdır. Onu da deyim ki, 1990-cı illərdə Akademik Milli Dram Teatrında çalışdığım zamanlarda çox çirkinliklərlə rastlaşdım”.

Tabloid.az xəbər verir ki, bu sözləri xalq artisti, aktrisa, Bakı Bələdiyyə Teatrının direktoru Amaliya Pənahova Teleqraf.com-un “Brifinq” layihəsinin qonağı olarkən söyləyib. Aktrisa Akademik Milli Dram Teatrında çalışdığı illəri xatırlayarkən son illər orada çalışmağın bezdirici olduğunu bildirib:

“Son vaxtlar bezmişdim. Mənə elə gəlirdi ki, orada tutduqları yerdən və mənim nüfuzumdan qorxurdular. Çəkinirdilər ki, onların yerini tutaram. Heç mən o fikirdə deyildim. Amma artıq müstəqillik istədim. Sonra öz teatrımı yaratdım. Onu da deyim ki, tək aktyorlar deyil, digər sahələrdə də paxıllıq edənlər çoxdur. Görür ki, kimsə ondan yüksəkdir. Gözü götürmür, paxıllıq edir, başlayır ayağından çəkməyə... İnsan xislətində bu mənfi xüsusiyyət var. Bu, xüsusən də azərbaycanlılara çox aiddir... Təəssüflər olsun ki, belədir”.

A.Pənahova hazırda teatrların repertuarından, rejissor problemindən də söhbət açıb:

“Hər bir teatrın öz dəsti-xəttinin olmasının tərəfdarıyam. Çox arzu edərdim ki, Akademik Milli Dram Teatrının səhnəsində möhtəşəm tamaşalar quruluş tapsın. Demirəm ki, müasir olmasın?! Amma ki, möhtəşəm və sanballı olması şərtdir. Belə tamaşalar azlıq təşkil edir. Bizdə əsas rejissor problemi var. Biz ayrı-ayrı teatrları günahlandıra bilmərik. Çünki teatrların repertuarında yaxşı tamaşalar da var. Teatrlardan da hər zaman yüksək tamaşalar da tələb etmək düzgün deyil. Çünki bu yaradıcılıq işidir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm