Ən dəbli yay ayaqqabıları - Fotolar
Bizi izləyin

Tabloid.az

Ən dəbli yay ayaqqabıları - Fotolar

Ən dəbli yay ayaqqabıları - Fotolar

Espadril yayın yeni tərz ayaqqabı modelləridir. Keçən ildən dəb dünyasına daxil olan ayaqqabılar bu yay trend halını alıb. Buna səbəb isə çox rahat və tərz olmasıdır. Bu ayaqqabıların dəbə yeni daxil olduğunu söyləsək də, uzun yol keçib. Bu ayaqqabıları XIII əsrdə ilk dəfə dənizçilər kəşf edib. Çinli dənizçilər gəmidə sürüşməyən ayaqqabı modeli fikirləşirlər. Onlar yelkən bezlərini yırtaraq ilk espadril ayaqqabıları kəşf ediblər. Bu ayaqqabı modeli sonralar fransız və ispaniyalı dənizçilərin xoşuna gəlir və ondan geniş şəkildə istifadə etməyə başlayırlar. Lakin zaman keçdikcə espadrillərin forması bəzi dəyişikliyə məruz qalıb. Müasir forması belə görünür: yuxarısı pambıq və ya kətandan tikilir, bəzək olaraq kənarlarına saman əlavə olunur. Onları baletkaların müasir forması da adlandıra bilərik.

Bu dəniz hekayəsi sayəsində yaranan espadril podiuma daxil olur. Lakin espadril ancaq dəniz səyahətlərində, çimərlikdə geyinilmir. Rahat və əlverişli olduğu üçün onu hər yerdə geyinmək olar. Qadın stilinin əyləncəli ayaqqabı modeli olan espadril kişi geyimində də özünü göstərə bilib. “Chanel”-in hazırladığı espadrillər 2014-ün yay ayaqqabı modeli statusunu işğal edib.

Espadril mövsümün trendlərinə ayaq uydurub. Belə ki, espadrillər həndəsi fiqurlar və neon rənglərdə təqdim olunur. Çiçək təsvirləri və krujeva detalları da diqqətə layiq məqamlardır. Leopard qış printi (naxış və ya təsvir) sayılsa da, espadrillərin üzərinə böyük ustalıqla köçürülüb.

Espadrillər təkcə yastıdaban modelləri ilə diqqət çəkmir. Onların tanketka, biləkdən bağlanan modelləri də bir o qədər aktualdır.

Dəniz stilində geyinmək istəyirsinisə, espadrilləri breton bluzlarla uyğunlaşdırın. Bu model ayaqqabıları hündür bel şortlardan, şalvarlara, cinslərə, uzun sarafanlara, hətta qısa dar yubkalara qədər uyğunlaşdırmaq mümkündür.

Dünya ulduzları arasında bu ayaqqabıların vurğunları olan az deyil. Onu bir çox dəb ilahələrinin ayaqlarında görmək olar. "Missoni", "Valentino", "Marc Jacobs"," Christian Louboutin” kimi moda evləri kollesksiyalarında espadrillərə yer veriblər.

Tabloid.az espadril dəbinə aid bir neçə nümunə təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm