Tabloid.az
Dərini ilbizlə cavanlaşdırmaq üsulu
Tokioda gözəllik salonlarından biri təbii yapon ilbizdən istifadə etməklə üz dərisini cavanlaşdıran qulluq təklif edir. Tablid.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, xidmətin 5 dəqiqəlik qiyməti təxminən 100 dollardır. İlbiz üz dərisinin elastikliyini qorumaqla, quru, qabıq verən hissələri də bərpa edir.
Bu salonda beş ədəd bir illik təbii yapon ilbizi saxlanır, lakin onlar gündə yalnız bir müştəriyə qulluq ediləcək miqdarda selik buraxa bilirlər.
Müştərilərin üzündə gəzmədikləri vaxtlarda ilbizləri temperaturu
tənzimlənən, rütubətli yerdə saxlayır və yüksək keyfiyyətli
tərəvəzlə yemləyirlər. Belə güman edilir ki, ilbizlərin ifraz
etdikləri selik müalicəvi keyfiyyətə malikdir.
Hələ qədim Yunanıstanın və Romanın nəzəriyyəçi loğmanları ilbizdən
hazırlanmış vasitələri yanıqlardan tutmuş, hamiləlik
problemlərinədək müxtəlif xəstəliklərin dərmanı sayırdılar. Lakin
bu zaman ilbiz müştərinin üstündə rahatca gəzə bilmirdi. Onu
əvvəlcə öldürmək lazım gəlirdi.
Günümüzdə satışda olan ilbiz tərkibli krem və maskaların böyük bir qismi üzdəki sızanaq, yanıq, çapıq izlərinin müalicəsi üçün istifadə olunur. Ancaq bəzi dermotoloqların ilbiz şirəsi ilə bağlı mübahisəli iddiaları var. Məşhur dermotoloq Bobbi Bukaya görə, təbiətdəki bəzi canlılar insanlar üçün faydalı xüsusiyyətlər daşıyır. Ancaq bu xüsusiyyətləri onları birbaşa alıb dərinizə qoya biləcəyiniz mənasına gəlməz. Çünki bəziləri insanlarda allergiya, qara basma, hətta iflic olmağa belə şərait yaradır. Buna görə də hər ehtimala qarşı ehtiyatlı olmaq lazımdır.
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət