Kişilər qadınları bu stildə çox bəyənirlər - Fotolar
Bizi izləyin

Tabloid.az

Kişilər qadınları bu stildə çox bəyənirlər - Fotolar

Kişilər qadınları bu stildə çox bəyənirlər - Fotolar

Qələm ətək qadın bədəninin gözəlliyini ortaya çıxarır, qüsurları isə peşəkarlıqla örtür. Klassik parça olduğu üçün bütün qadınların qarderobunda olmalıdır. Xüsusən də qara variantı istənilən bədən ölçülərinə yaraşır. Qara qələm ətək qadınları xanım-xatın və incə göstərdiyi üçün kişilər də bəyənir. Qələm ətəklər bir çox köynəklə uyğun gəlir. Yəni, qələm ətək sayəsində heç zəhmət çəkmədən və vaxt itirmədən şıq xanım ola bilərsiniz. Tabloid.az qara qələm ətəkləri düzgün kombinasiya etməyin yollarını təqdim edir:

Klassik üslubdan çox sıxılırsınızsa, qara qələm ətəyinizi yayın trendi olan breton bluzlarla uyğunlaşdıra bilərsiniz. Geyimi hündürdaban ayaqqabılarla tamamlayın.

Krujeva detalı olan köynəklər hansı geyimlə gözəl görünmür ki? İncə və zərif görünməyə iddialısınızsa, onu qara qələm ətəyə uyğunlaşdırın. Bu stili isə tanketka, espadril, yaxud stiletto ilə tamamlaya bilərsiniz.

Çılğın stil dəlisinizsə, onu idman üslubunda olan maykalarla geyinməyi təklif edirik. Bu stili minimal dikdaban səndəllərlə vurğulayın.

Cins köynəklərin rolundan nə qədər yazsaq, azdır. Belə ki, qara qələm ətəyi açıq mavi cins köynəklə uyğunlaşdıra bilərsiniz.

Dəri gödəkçələrin qadını çəkici göstərdiyini yəqin ki, bilirsiniz. O halda, niyə də onu dar qələm ətəklə uyğunlaşdırmayasınız? Xüsusən də rok stilində olan biker gödəkçələr çox aktualdır. Stilnizi hansı ayaqqabı modeli ilə tamamlamaq da sizə düşür...

Neytral tonlar istənilən anda köməyə gələn ən yaxşı rənglərdir. Şifon parçadan tikilən bluzları rahatlıqla qara qələm ətəklə birləşdirə bilərsiniz.

Özünüzü lap rahat hiss etmək istəyirsinizsə, sadə köynəklərə yönəlin və onu qara qələm ətəklə birləşdirin. Diqqət çəkici obraza son nöqtəni qeyri-adi səndəllərlə qoyun.

Özünüzü cəsarətli xanım hesab edirsinizsə, qırmızı köynəklərə müraciət edə bilərsiniz. Qara qələm ətəyi qırmızı köynəklə uyğunlaşdırın.

Ağ köynəklər hər geyimə yaraşdığı üçün xanımların ən “vəfalı”, tez çirkləndiyi üçün ən “nadinc” və “nazlı” dostudur. Ofis stili üçün uyğun bu dəsti hər yerə geyinə bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm